Accessibility links

Hüseynağa Sadıqov: 1918-1920-ci illərdəki xarici siyasətimizin prioritetləri indi də aktualdır [Video-müsahibə]


Hüseynağa Sadıqov: 1918-1920-ci illərdəki xarici siyasətimizin prioritetləri indi də aktualdır
please wait

No media source currently available

0:00 0:07:25 0:00

Hüseynağa Sadıqov: 1918-1920-ci illərdəki xarici siyasətimizin prioritetləri indi də aktualdır

Azərbaycanın müstəqillik dövrünün ilk xarici işlər nazirinin Amerikanın Səsinə müsahibəsi

İyulun 9-da Azərbaycanda Diplomatiya Günüdür.

Azərbaycanın ilk xarici işlər naziri 1918-ci il mayın 28-də təyin edilsə də Diplomatiya Günü 1919-cu il iyulun 9-da Azərbaycan Cümhuriyyəti Xarici İşlər Nazirliyinin katibliyinə dair müvəqqəti təlimatın qəbul edildiyi əsas tutularaq təsis edilib. Belə ki, prezident İlham Əliyev 24 avqust 2007-ci ildə 9 iyulun diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilməsi barədə sərəncam imzalayıb.

1991-ci ildə Azərbaycanda sovet-kommunist rejimi süquta uğrayıb və dövlət müstəqilliyi yenidən bərpa edilib.

Azərbaycanın müstəqillik dövrünün ilk xarici işlər naziri Hüseynağa Sadıqov olub. O Amerikanın Səsinə müsahibəsində xarici siyasətin əsas prioritetləri və Azərbaycan diplomatiyasının qarşısında duran vəzifələrdən danışıb.

Amerikanın Səsi: Azərbaycanın 1990-cı illər xarici siyasətinin əsas prioritetləri ilə 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətinin prioritetləri arasında fərqli və oxşar cəhətlər nədir?

Xarici siyasətimizin qarşısında duran vəzifələr yenə də aktuallıqlarını itirməyib.

Hüseynağa Sadıqov: Dediyiniz o iki dövrdə həm oxşar cəhətlər var, həm də fərqli cəhətlər var. Oxşar cəhətlər odur ki, xarici siyasətimizin, diplomatiyamızın qarşısında duran vəzifələr demək olar ki, azca istisnalarla yenə də aktuallıqlarını itirməyiblər: Azərbaycanın dünya dövlətləri birliyində öz yerini tapması o zaman, 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə dünya dövlətləri birliyi tərəfindən tanınması, orada öz yerini möhkəmləndirməsi, qərb dövlətləri ilə, ABŞ-la, ümumilikdə dünyanın mütərəqqi dövlətləri ilə əməkdfaşlıq əlaqələrinin qurulması və Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanması. Bu məsələlər demək olar ki, bizim müasir dövrdə də öz aktuallığını itirməyib. Ona görə, bizim xarixci siyasətimiz, bizim diplomatiyamız bu istiqamətdə çalışır, çalışmaqdadır və bunu təmin etməkdədir.

Amerikanın Səsi: Azərbaycan xarici siyasətində qərbə və qonşulara münasibət necə uzlaşdırlırılır?Bu siyasət ölkənin milli təhlükəsizliyi üçün uğurludurmu?

Yəni ölkədə, regionda, çevrədə sülh olmursa, bütün dünyada sülh vardısa, bu mənim xalqım üçün sülh demək deyil.

Hüseynağa Sadıqov: Azərbaycanın xarici siyasətinin, diplomatiyasının doktrinası var, onun strategiyası var. Bu məsələlər orada ümdə yer tutan vəzifələrdir. Qərblə inteqrasiya, qonşu dövlətlərlə mehriban, yaxşı münasibət. O zamanlar da, mən nazir olduğum dövrdə də tez-tez rəhmətlik Atatrükün bir sözünü misal gətirərdim: “Yurdda sülh, cahanda sülh”. Yəni ölkədə, regionda, çevrədə sülh olmursa, bütün dünyada sülh vardısa, bu mənim xalqım üçün sülh demək deyil. Ona görə də Azərbaycan da, Azərbaycan xarici siyasəti də çalışır ki, regionda, çevrədə, bölgədə möhkəm sülh yaransın. Amma, nəyə görə yaranmır, bu aydındır.

Amerikanın Səsi: Nəyə görə sülh yaranmır?

Hüseynağa Sadıqov: Aydın məsələdir ki, ona görə sülh yaranmır ki, bizim regionda, bölgədə olan bir dövlət, - Ermənistan Respublikası buna qarşı çıxır. O tək bizə yox, o biri qonşulara da ərazi iddiaları irəli sürür. Ona görə də regionda bunun belə işğalçı siyasəti nəticəsində sülh və sabitlik pozulur, sülh yaranmır.

Amerikanın Səsi: Yalnız Ermənistanınmı?

Bu tək regional məsələ deyil, bu böyük beynəlxalq güclərin iştirak etdiyi və maraqlarının bir-birinə çulğalaşdığı bir problemdir.

Hüseynağa Sadıqov: Burada demək olar ki, Ermənistan və onun havadarı dövlətlər, qonşuları da var, onun havadarları da var əlbəttə. Açıq desək, Ermənistan Respublikası, onun hökuməti o müəyyən qüvvələrin, demək bizim regionda marağı olan qüvvələrin əlində bir instrumentdir. Kimininsə forfostudur, kimininsə bir instrumentidir ki, bizim bölgədə belə bir gərginliyi saxlasın və o gərginlikdən istifadə edərək bizə, Azərbaycan dövlətinə təsirlər edə bilsin, öz maraqlarını burada təmin edə bilsin. Bu tək regional məsələ deyil, bu böyük beynəlxalq güclərin iştirak etdiyi və maraqlarının bir-birinə çulğalaşdığı bir problemdir. Bu çox mürəkkəb bir problemdir. Ona görə də indiyədək həll olunmur. Amma, biz nikbinik. Biz ümidvarıq ki, bu problem öz həllini tapacaq.

Amerikanın Səsi: Azərbaycanın xarici siyasətinin strategiya və taktikası Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yetərlidirmi?

Digər xarici qüvvələr də, xarici dövlətlər də var ki, onlar da bu regionda bu status-kvonun saxlanılmasının tərəfdarıdır.

Hüseynağa Sadıqov: Azərbaycan Respublikası, onun xarici siyasəti, onun hökuməti elə, yarandığı günlərdən, yarandığı illərdən ilk növbədə öz fəaliyyətini bu istiqamətə yönəldib ki, bölgədə möhkəm sülh olsun. O cümlədən, bizim qonşu dövlət olan Ermənistanla da olan problem öz həllini tapsın. Açıq desək, biz öz torpaqlarımızı, ərzai bütövlüyümüzü bərpa edək. Azərbaycan Respublikasının xarici siyasət strategiyası, bu strategiyaya çatmaq üçün onun taktikası, taktiki əməlləri, fəaliyyəti buna yönəlib. Amma, nə səbədən indiyədək buna nail olunmur? - bu çox mürəkkəb bir məsələdir. O tək bizim xarici siyasətimizdən, bizim diplomatiyamızdan, bizim strategiyamızdan asılı deyil. Ondan asılı olsa idi, bizdən asılı olsa idi çoxdan bizim regionda sülh, əminamanlıq və əməkdaşlıq atmosferi olardı. Ona görə ki, Ermənistan Respublikası bunu istəmir. Ermənistan Respublikası tək bizə qarşı deyil, ərazi iddiaları yürüdür. Digər xarici qüvvələr də, xarici dövlətlər də var ki, onlar da bu regionda bu status-kvonun saxlanılmasının tərəfdarıdır. Çünki onların xarici siyasətinə uyğundur. Onların maraqlarına uyğun gəlir.

XS
SM
MD
LG