Accessibility links

Jizan hava limanına hücumun məsuliyyətini Husi üsyançıları üzərinə götürüb


Cümə axşamı Yəməndə Husi üsyançıları Səudiyyə Ərəbistanının cənub Jizan hava limanına yeni dron hücumuna görə məsuliyyəti üzərinə götürüb.

Səudiyyə Mətbuat Agentliyi bildirib ki, Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya səhrəd şəhəri Jizan üzərində dronu zərərləşdirib.

Husilər 24 saat əvvəl Jizanda elektrik stansiyasını hədəf alıb.

Digər bir insidentdə Yəmənin İranla müttəfiq Husi militantlarının Səudiyyə Ərəbistanının cənubuna atdıqları mərmi zavod yaxınlığına düşüb, lakin heç kimə xəsarət yetirməyib.

Səudiyyə Ərəbistanının başçılığı altında üsyançılarla mübarizə aparan koalisiya rəsmiləri bildirib ki, hücumlara cavab olaraq Jizan şəhərinin Əl- Şuqaiq ərazisinə edilən hücum kimi zavod yaxınlığına atılan mərmiyə görə də ciddi ölçülər görürüləcək.

2014-cü ildə beynəlxalq səviyyədə qəbul edilən hökuməti devirən və Yəmənin paytaxtı Sənaa şəhərini ələ keçirən Husi üsyançıları son iki həftə ərzində Səudiyyə Ərəbistanının şəhərlərinə raketlər atıb və dron hücumları həyata keçirib.

Pentaqonun sözçüsü ,dəniz qüvvələri komandiri Rebeka Rebariç bildirib ki, bu kimi hücumlar ciddi narahatlıq doğurur və günahsız insanların həyatına təhlükə yaradır.

XS
SM
MD
LG