Accessibility links

Husi üsyançıları Səudiyyənin neft yatağına hücum edib


Yəmənin Husi üsyançılarının dronları Səudiyyə Ərəbistanında Saudi Aramco-nun idarə etdiyi dünyanın ən böyük neft emalı zavoduna hücum edib və qlobal enerji ehtiyatı üçün mühüm bu zavodda böyük yanğına səbəb olub.

Buqyaq və Xurasi neft yataqlarına hücunlar zamanı yaralananların olub-olmadığı və yanğının krallıqda neft hasilatına hansı təsirləri olacağı bilinmir. Hücumun ABŞ-la İran arasında İranın dünya qüdrətləri arasında əldə olunana nüvə razılığı ilə bağlı mübahisənin getdiyi bir vaxt İran Körfəzi regionunda gərginliyi artıracağı güman edilir. Səudiyyə Ərəbistanının Yəməndə Husilərə qarşı müharibəsində onları İran dəstəkləyir.

Buqyaqda çəkildiyi deyilən onlayn videolarda arxa planda silah səsləri eşidilir. Səmanı tüstü bürüyür və Abqaiq neft emalı zavodunda alovların çıxdığı göstərilir.

Aramco neft zavodunda yanğın
Aramco neft zavodunda yanğın

Daxili İşlər Nazirliyi bəyanatında bildirib ki, yanğın dronların zavodları hədəf alması nəticəsində başlayıb. Bəyanatda həmçinin hücumla bağlı istintaqıq aparıldığı bildirilib.

Böyük neft yatağı, zavod

Saudi Aramco Buqyaqdakı Abqaiq neft email zavodunu “dünyanın ən böyük xam neftinin sabitləşdirmə zavodu”adlandırır.

Zavodda turş xam neft emal olunub şirin xam neftinə çevrilir və daha sonra İran Körfəzi və Qırmızı Dənizdə yük göndərmə nöqtələrinə nəql edilir. Zavodda gündə 7 milyon barel xam neftin emal oluna bildiyi təxmin edilir.

Keçmiş hədəflər

Militantlar keçmişdə də zavodu hədəf alıb. Əl-Qaidə intiharçı bomba hücumçularının 2006-cı ilin fevral ayında neft kompleksinə hücum etməyə cəhd etmdiyini ancaq müvəffəq olmadıqlarını iddia edib.

Xurais neft yatağında gündə 1 milyondan çox xam neftin hasil olunduğu deyilir.

Bunun qlobal neft qiymətlərinə təsiri olmayıb. Bençmark Brent xam neftinin qiyməti barelinə 60 dollardan bir az yuxarıdır.

Buqyaq Səudiyyə Ərəbistanının paytaxtı Riyaddan 330 kilometr şimal-şərqdə yerləşir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG