Accessibility links

Husi lideri: Amerika ilə əlaqələr qurmağa hazırıq


Yəməndə dörd ildən çoxdur davam edən müharibə minlərlə insanın ölümü, milyonlarla adamın aclıq keçirməsinə səbəb olub. Husi qruplaşmasının xarici əlaqələr üzrə nümayəndəsi Amerika ilə əlaqələr qurulmasına hazır olduğunu bildirib.

Yəmən münaqişəsi 2015-ci ildə İranın husiləri, Səudiyyə Ərəbistanının isə beynəlxalq ictimaiyyət rətəfindən tanınan hökuməti dəstəkləməsi ilə dərinləşib.

Amerika dedikdə, biz administrasiyanı nəzərdə tutmuruq. Biz nəhəng ABŞ, siyasi sistemdən danışırıq

İranın dəstəklədiyi husi üsyançıları 2014-cü ildə paytaxt Səna şəhərini ələ keçirib və höküməti müvəqqəti olaraq Səudiyyə Ərəbistanına köçməyə məcbur edib.

Səudiyyə Ərəbistanının dəstəklədiyi koalisiya hökümətə dinc əhalinin yaşadığı ərazilərə hava hücumları da daxil olmaqla, husilərlə mübarizə aparmağa kömək edib.

Amerikanın Səsinə müsahibəsi zamanı husilərin xarici işlər naziri Hişəm Şərəf Abdulla deyib ki, qrup Amerika ilə münasibət yaratmaqla yanaşı, BMT-nin rəhbərliyi ilə sülh danışıqlarına hazırdır.

ABŞ Senatı prezident Donald Trampın qərarına qarşı çıxaraq, Yəməndə üsyançılarla döyüşən Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya dəstəyin kəsilməsinə səs verib.

Donald Trampın 7 respublikaçı tərəfdarının demokratlara tərəf keçməsi ilə səsvermə 54-46 ilə nəticələnib.

Qərar Trampın "Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrinin 30 gün ərzində Yəmən Respublikasında baş verən hərbi əməliyyatlardan çıxmasını və ya təsirini aradan qaldırmasını" tələb edir.

Abdulla Tramp administrasiyasının Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya dəstəyini tənqid edib.

"Amerika dedikdə, biz administrasiyanı nəzərdə tutmuruq. Biz nəhəng ABŞ, siyasi sistemdən danışırıq. ABŞ xalqı, onların Konqresi və Senatından bəhs edirik" , Abdulla əlavə edib.

Tramp administrasiyası husiləri İranla əlaqəsinə görə terrorçu siyahısına salınmasını nəzərdən keçirir.

Rəsmilər husiləri İran İslam Qvardiyasından birbaşa hərbi və maliyyə dəstəyi əldə etməkdə günahlandırır.

ABŞ-la İran arasında gərginliklər prezident Donald Trampın İran İslam İnqilab Qvardiyasını terrorçular siyahısına salması ilə daha da dərinləşib.

Bununla ilk dəfədir ki, Vaşinqton xarici ölkənin hərbi qüvvələrini rəsmən terror qrupu olaraq tanıyıb.

Pasdaran kimi tanınan İnqilab Korpusu 1979-cu ilin aprel ayında, İran Islam İnqilabından sonra təsis edilib. Pasdarana İranın Ali ruhani lideri Ayətullah Xomeyni tərəfindən islam sistemi və inqilab dəyərlərin müdafiəsi mandatı verilib.

Ölkə daxilində İnqilab Korpusu Bəsic Müqavimət Qüvvələrinə də rəhbərlik edir. Bu, dini künüllü qrupu rejimi dəstəkləməklə yanaşı, daxili dissidentlərin susdurmasına xidmət edir.

Şiə təriqəti olan husilər 30 milyonluq Yəmən əhalisinin 35 faizini təşkil edir.

XS
SM
MD
LG