Accessibility links

BMT: Husi qüvvələrinin yerlərinin dəyişdirilməsi plana uyğun həyata keçirilir


BMT-nin bazar günü açıqladığı məlumatda deyilib ki, Husi döyüşçülərinin Yəmənin əsas liman şəhərlərindən çıxarılaraq, yerlərinin dəyişdirilməsi plana uyğun həyata keçirilib.

Husi döyüşçülərinin yerlərinin dəyişdirilməsi Yəmən hökuməti ilə İranın dəstəklədiyi Husi üsyançıları arasında keçən ilin dekabr ayında İsveçrədə əldə edilən razılığa əsasən həyata keçirilir.

BMT bunu dörd ildir Yəməndə gedən müharibəyə son qoyulması üçünHudeyda liman şəhəri də daxil edilməklə, Husi üsyançılarının çıxarılmasının ilk fazası adlandırıb.

Hudeyda vətəndaş müharibəsinin ən ağır humanitar böhranını yaşatdığı Yəmənə humanitar yardım və digər malların idxalının 70 faizinin çatdırıldığı liman şəhəridir. 60 minə yaxın insanın öldüyü müharibə yəmənlilərin çoxunu aclıqla üz-üzə qoyub. Yaşadığı bölgələrdən qaçmağa məcbur olan təxminən 3 milyona yaxın insanın üçdə iki hissəsinin yardıma ehtiyacı var.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG