Accessibility links

Yəmən hökuməti ilə Husi qrupu arasında məhbusların mübadiləsinə dair müzakirələr başlayıb


Birləşmiş Millətlər Təşkilatı Husi qrupu və Səudiyyə Ərəbistanının dəstəklədiyi altı ilə yaxın bir müddətdir müharibə aparan Yəmən hökumətinin bazar günü məhbus mübadiləsi ilə əlaqədar BMT-nin dəstəklədiyi danışıqlara başladığını bildirib.

İordaniyada keçirilən toplantı ABŞ-ın İranla əlaqəsi olan husiləri xarici terror təşkilatı kimi tanımasından bir neçə gün sonra keçirilir.

Birləşmiş Millətlər Təşkilatı bu addımın sülh səylərinə xələl gətirəcəyi və Yəmənin humanitar böhranını daha da dərinləşdirəcəyi barədə xəbərdarlıq yayıb.

BMT-nin kirayəyə götürdüyü təyyarə şənbə günü Sənadan Əmmana dörd husi məmurunu aparıb.

Hökumətin məhkumlar komitəsinin rəhbəri Məhəmməd Fadaye bildirib ki, hökumət də dörd nümayəndə də göndərib.

Müzakirələrin məqsədi beynəlxalq səviyyədə tanınan hökuməti və husilər tərəfindən devrilən prezident Əbd-Rəbbu Mənsur Hadinin qardaşı kimi yüksək rütbəli məmurlar da daxil edilməklə, 300 məhbusun azad edilməsidir.

MT-nin xüsusi elçisi Martin Qriffits ofisinin sözçüsü Ismini Palla "görüşlər bazar günü səhər başlayıb" - deyə, Reuters-ə bildirib.

Danışıqlar son dəfə İsveçdə 2018-ci ilin dekabrında keçirilən sülh danışıqlarını yenidən başlatmağa yönəlmiş etimad tədbirlərinin bir hissəsidir.

Tərəflər həmin vaxt İranla əlaqəli husi hərəkatı ilə Səudiyyə Ərəbistanının liderliyində koalisiya arasında bölünmüş 15 000 məhbusun mübadiləsi barədə razılığa gəlmişdi.

Keçən il təxminən 1000 məhbus mübadilə edilmişdi.

Qriffits bazar günüverdiyi açıqlamada tərəfləri "Əmman görüş siyahıları xaricind , bütün münaqişə ilə əlaqəli məhbusların sərbəst buraxılması barədə Stokholm öhdəliklərini yerinə yetirmək üçün" adları müzakirə etməyə və razılaşmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG