Accessibility links

Husilər Səudiyyə Ərəbistanının silah anbarına hücum edib


People inspect the site of an airstrike by Saudi-led coalition in Sanaa, Yemen, May, 16, 2019.
People inspect the site of an airstrike by Saudi-led coalition in Sanaa, Yemen, May, 16, 2019.

Yəmənin Husi üsyançılarının çərşənbə axşamı verdiyi məlumata görə, onlar Səudiyyə Ərəbistanın şimalında yerləşən Nəcran şəhərindəki silah-sursat anbarına hücum edib.

Yəməndə Husilərlə mübarizə aparan Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya sözçüsünün bildirdiyinə görə, hücum partlayıcı daşıyan dronlar vasitəsilə həyata keçirilib və dinc əhali tərəfindən istifadə olunan ərazilər hədəf alınıb.

Səudiyyə Ərəbistanının bəyanatında itki barədə xəbər yoxdur.

Bazar ertəsi Səudiyyə Ərəbistanı Yəməndən çıxan iki Husi raketini tutduqlarını bildirib.

Onlardan biri Taif şəhəri üzərində, digərinin isə Ciddə üzərində yaxalandığı deyilib.

Husilər raket hücumlarını inkar edib.

İranın dəstəklədiyi Husi üsyançıları 2014-cü ildə paytaxt Səna şəhərini ələ keçirib və höküməti müvəqqəti olaraq Səudiyyə Ərəbistanına köçməyə məcbur edib.

Koalisiya hökümətə dinc əhalinin yaşadığı ərazilərə hava hücumları da daxil olmaqla, Husilərlə mübarizə aparmağa kömək edib.

Müharibə Yəməndə humanitar yardım böhranının daha da dərinləşməsinə səbəb olub. Ölkədə əhalinin 80 faizindən çoxu aclıq və səfalət içərisindədir.

XS
SM
MD
LG