Accessibility links

Hüsnü Mübarəkin məhkəməsi Qahirədə davam edib


Hüsnü Mübarəkin məhkəməsi Qahirədə davam edib
Hüsnü Mübarəkin məhkəməsi Qahirədə davam edib

Sabiq Misir prezidenti Hüsnü Mübarəkin məhkəməsi bu gün Qahirədə öz işini davam etdirib. Məhkəmədə yüksək rütbəli polis zabitlərinin ifadələri dinlənilir.

Cənab Mübarək məhkəmə zalına xərəkdə gətirilib. Məhkəmə binasının qarşısında nümayişçilər polislərlə toqquşmuş, onları daşa basmışlar.

Hüsnü Mübarək 850 nümayişçinin öldürülməsinə əmr vermədiyini deyib və ona qarşı irəli sürülən ittihamı rədd edib. Mübarək həmçinin korrupsiya və səlahiyyətlərini aşmaqda ittiham olunur.

XS
SM
MD
LG