Accessibility links

Hyundai və Aptiv avtonom maşın istehsalına $4 milyard ayırıblar


Hyundai Motor Qrupu Aptiv şirkəti ilə bir araya gələrək özünü-idarə edən avtomobillər inkişaf etdirmək məqsədilə $1.6 milyard dollar həcmində investisiya yatıracaq.

Bu, Cənubi Koreya avto-sitehsalçısının indiyədək xaricdə həyata keçirdiyi ən iri investisiya layihəsidir ki, onun ümumi həcmi $4 milyard dollar olacaq.

Qlobal avto-istehsalçılar maliyyə yükünü paylaşmaq məqsədilə müxtəlif biznes qurumları ilə alyanslar qururlar.

Qlobal avto-istehsalçılar avtonom maşınlar istehsal etmək üçün tələb olunan maliyyə yükünü paylaşmaq məqsədilə müxtəlif biznes qurumları ilə alyanslar qururlar.

Hyundai uzun müddət avtonom maşınların istehsalından rəqiblərindən geridə qalıb – o rəqiblər ki, elektrik və avtonom maşınların texnologiyalarında külli miqdarda investisiyalar yatırıb.

Bu ilin əvvəlində BMW və Daimler avtonomlaşdırılmış texnologiyanı həyata keçirmək üçün bir araya gəliblər.

Aptiv baş icraçı direktoru Kevin Klark və Hyundai Motor Qrupunun vitse-sədri Euisun Chung
Aptiv baş icraçı direktoru Kevin Klark və Hyundai Motor Qrupunun vitse-sədri Euisun Chung

Hyundaiın alyansa girdiyi Aptiv şirkəti layihənin 50 faizini maliyyələşdirəcək. O, avtonom sürmə texnologiyası, intellektual əmlakın inkişafı üzərində çalışacaq.

Yeni firma tamamilə sürücüsüz sistemləri 2020-ci ildə sınaqdan keçirəcək. 2022-ci ildə istehsala hazır sürmə platformalarının istifadəyə verilməsi planlaşdırılır.

XS
SM
MD
LG