Accessibility links

İŞİD Şri Lankada silsilə partlayışlara görə məsuliyyəti üzərinə götürüb


İslam Dövləti qrupu çərşənbə axşamı heç bir dəlil göstərmədən Pasxa bayramı günü Şri Lankada 300-dən çox insanın ölümünə və yüzlərlə digərinin yaralanmasına səbəb olan silsilə partlayışlara görə məsuliyyət daşıdığını bildirib.

Bu iddia militant qrupun Amag xəbər agentliyi vasitəsilə edilib..

Şri Lankanın müdafiə naziri çərşənbə axşamı parlamentə bildirib ki, hücumu törədənlər bunu ötən ay Yeni Zelandiyanın Kraysçörç şəhərində iki məsciddəki hücuma cavab olaraq edib.

Ruvan Uijeuardene ilkin araşdırmalar zamanı bu nəticənin necə əldə edildiyi barədə təfsilata varmayıb.

Polis sözçüsü çərşənbə axşamı hücumla əlaqədar 40 nəfərin həbs edildiyini bildirib. Sözçü ölənlərin sayının 310 nəfərə çatdığını bildirib.

Baş nazirin ölkə rəsmilərinin xarici kəşfiyyat agentliyindən hücumlar barədə xəbərdarlıq aldığını təsdiq etməsinə baxmayaraq, hökumət qrupun xarici terror təşkilatı ilə əlaqəsi olub-olmadığını araşdırır.

Kilsələr və otellərin hədəf alındığı diqqətlə planlaşdırılmış səkkis partlayış ölkədə on ildir davam edən sabitliyi pozub.

“Biz bu hücumların ölkə daxilindəki qruplarla məhdudlaşdığını düşünmürük. Bunun arxasında daha geniş və beynəlxalq şəbəkə var” - deyə, Rajita Senaratne bildirib.

Prezident Maitripala Sirisenanın hücumçuların ölkə xaricindəki militant qruplarla mümkün əlaqəsini araşdırmaq üçün Kolomboda diplomatlarla görüşəcəyi gözlənilir.

ABŞ rəsmiləri bildirib ki, Şri Lanka hücumlarının arxasında olanların İŞİD qrupundan ilhamlandığı mümkün ola bilər.

Rəsmilər bildrib ki, onlar ölkədə şok yaratmış koordinasiya edilmiş hücumların Milli Tovfik Camaat qrupuna aid yeddi intiharçı tərəfindən törədildiyinə inanır. Bu qrup haqda məlumat çox deyil. Ötən il qrupun bir neçə üzvü Buddist heykəllərini korlamaqda təqsirləndirildikdən sonra rəsmilər bu qrupa diqqət yetirməyə başlayıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG