Accessibility links

İŞİD-in son anklavına havadan zərbə endirilib


Mülki vətəndaşların evakuasiyası dayandırıldıqdan sonra koalisiyanın hərbi hava qüvvələri özünü xilafət elan edən İslam Dövləti terrorçu qrupunun son anklavına qarşı yeni hücumlar həyata keçirib.

Artilleriya atəşləri ilə müşayiət olunan hava hücumları Suriyanın şərqindən iki min mülki vətəndaşın evakuasiyasından bir gün sonra İslam Dövlətinin nəzarətindəki Baqhuz kəndini hədəf alıb.

Hava hücumları yüzlərlə mülki vətəndaşın İslam Dövlətinin anklavından qayıqlarla qaçmasına səbəb olub. Birləşmiş Ştatların dəstəklədiyi “Suriya Demokratik Ordusu”nun komandiri Amerikanın Səsinə islamçı qrupun üzvlərindən bəzilərinin nəzarət altına alındığını bildirib.

Koalisiya və “Suriya Demokratik Qüvvələri”nun rəsmiləri İslam Dövləti qrupunun yüzlərlə döyüşçüsünün Baqhuz kəndində gizləndiyini güman edir.

Onlar İslam Dövləti döyüşçülərinin silah, sursat və dərmana ehtiyacları olduğunu, lakin əraziyə daxil olmaq üçün bir neçə gün gərək ola bildiyini deyir.

XS
SM
MD
LG