Accessibility links

İslam Dövlətinin yeni liderinin kimliyi təsbit edilib


Birləşmiş Ştatların müdafiə rəsmiləri Əbu İbrahim Əl Haşimi Əl-Quraşı adı ilə tanınan İslam Dövləti terrorçu qrupunun hazırkı liderinin kimliyini təsbit etdiklərini düşünür.

İslam Dövlətinin keçmiş lideri Əbu Bəkr Əl-Bağdadi oktyabr ayında ABŞ tərəfindən öldürüldükdən bir neçə gün sonra terrorçu qrup Quraşinin yeni xəlifə seçildiyini elan edib. Lakin onun kimliyi sual altında idi.

Adının gizli saxlanmasını istrəyən ABŞ Müdafiə Nazirliyinin rəsmisi Amerikanın Səsinə Quraşinin Hacı Abdulla adlı şəxs olduğunu deyib.

Əmir Məhəmməd Səid Əbdal Rəhman Əl-Məvla adı ilə də tanınan Abdalla İraqdakı Əl-Qaidə təşkilatının sıralarından keçərək, yüksək səviyyəli din xadimi kimi Bağdadinin müavinlərindən biri olub.

Birləşmiş Ştatların kəşfiyyat rəsmiləri Abdallanın eyni zamanda İslam Dövlətinin Yezidi dini azlığının qətlə yetirməsinin əsas memarı olduğunu və qrupun qlobal terror əməliyyatlarına nəzarət etdiyini deyib.

ABŞ müdafiə və antiterror rəsmiləri uzun müddətdir Qurashi ilə Abdallanın eyni adam olduğundan şübhələnir və onu İŞİD-ə rəhbərlik etmək üçün "məntiqli seçim" olaraq xarakterizə etsələr də, indiyə qədər bunu qəti şəkildə açıqlamaqdan çəkinirdilər.

BMT-nin terrorçu qrupu haqda yeni hesabatında "türkmən mənşəli olduğuna görə bəzi üzv dövlətlər onun müvəqqəti bir seçim ola biləcəyəyini düşünür" deyilir. Hesabatda əsl mənşəyi Qurashi Haşimi qəbiləsindən olmayan bir şəxsin xəlifə olmasının sual doğurduğu deyilir.


Dünyaya Baxış

Dünyaya Baxış. Prezident Baydenə COVID-19 diaqnozu qoyulub
please wait

No media source currently available

0:00 0:14:14 0:00
XS
SM
MD
LG