Accessibility links

Keçən həftə ABŞ-da işsizlik təzminatı üçün 881 000 insan müraciət edib


ABŞ-ın Əmək Nazirliyinin bildirdiyinə görə, ötən həftə işsizlik təzminatı üçün 881 000 adam müraciət edib. Bu göstərici mart ayından, koronavirusun Amerika iqtisadiyyatına ciddi zərbə vurmasından bəri yalnız ikinci dəfədir ki, 1 milyondan aşağıdır.

İqtisadçıların işsizlik səviyyəsinin mart ayında 10 faiz azalacağını pronozlaşdırmasına baxmayaraq, hələ də miyonlarla insan işsizdir. Apreldə işsizlik səviyyəsi 17.7% təşkil edirdi.

ABŞ-da işverənlər ilin əvvəlində məcburi qapanmalara görə işdən çıxarılan milyonlarla işçini geri çağırıb. Ən zərər çəkmiş şirkətlərin bir çoxu ya fəaliyyətini bərpa etməyə tələsmir, ya da tamamilə bağlanıb.

İyul ayının sonunadək hökumət işsizlərə həftədə 600 dollar ödəyirdi.

Prezident Donald Tramp avqustun 8-də milyonlarla işsiz amerikalıya vaxtı keçmiş müavinətlərin bir hissəsini və bir çox işləyən amerikalı üçün əmək haqqı vergisini təxirə salmaqla bağlı qərar imzalayaraq, bu məbləği 400 dollara endirib.

Demokratlar Trampla danışıqlarda nailiyyət əldə etmədikdən sonra Nümayəndələr Palatasının təsdiqlədiyi 3,4 trilyon dollarlıq koronavirus yardım paketini 1 trilyon dollar kəsməyə hazır olduqlarını bildirib.

Ağ Evin eyni zamanda 1 trilyon dollarlıq sövdələşmə ilə bağlı çağırışını ən azı 2 trilyon dollara qədər artırmalı olduğunu desələr də, Tramp rəhbərliyi bundan imtina edib.

XS
SM
MD
LG