İğtişaşlardan sonra Portland şəhərində fövqəladə vəziyyət elan olunub
Cümə gecə ABŞ-ın Portland şəhərində Corc Floydun Minneapolisdə öldürülməsinə etiraz edən nümayişçilərlə polis arasında qarşıdurma yaşanıb. əhərin mərkəzində bir küçədə kartonlar və başqa əşyalar yandırılıb. İnsanların Pioneer Place alış-veriş mərkəzinə daxil olaraq, Louis Vuitton mağazasından çantalar oğurladıqlarını göstərən video yayılıb. Polis insanların onlara qarşı mərmi atmasının ardınca onları dağıtmaq üçün etirazçılara qarşı qaz bombasından istifadə etdiyini bildirib. Nümayişlərdən sonra şəhərin meri Ted Viler Portlanda fövqəladə vəziyyət elan edib. Əməkdaşımız Vüqar Bəhmənzadənin Portland şəhərindən xüsusi reportajı.
Episodes
-
Fevral 27, 2021
Dünyaya Baxış - 26 fevral 2021
-
Fevral 27, 2021
Amerika İcmalı - 26 Fevral 2021