Accessibility links

İşçi qrupun paytaxt Vaşinqtonda abidələri hədəf alması kəskin reaksiya doğurub


Kolumbiya mahalı Vaşinqton şəhəri hökuməti tərəfindən yaradılan işçi qrup köləlik və ya irqçilikdə əlaqəsi olan şəxslərin adlarını daşıyan abidə, məktəb, park və bina adları və yerlərinin dəyişdirilməsini, ya kontekstə əlavə edilməsini tövsiyə edib. Adı çəkilən abidələr arasında Vaşington və Cefferson memorialları da yer alır.

Şərşənbə axşamı yayımlanan hesabatdakı bəzi abidələrə aid edilə bilməyəcək, belə ki, ən məşhur abidə və heykəllərin çoxu Vaşinqton Mahalının deyil, federal hökumətin nəzarətində olan ərazilərdə yerləşir. Buna baxmayaraq irəli sürülən tövsiyələr Amerikada irqi tarixlə bağlı davam edən mübahisələr fonunda sərt reaksiyalara səbəb oub.

"Prezident Tramp Ağ Evdə olduğu müddətdə şəhər merinin məsuliyyətsiz tövsiyələrinin qətiyyən heç nəyə gətirib çıxarmayacaq və ölkəmizin paytaxtı, Amerika xalqına məxsus olan şəhərin bələdiyyə başçısı bu kimi təklifləri irəli sürdüyünə görə utanmalıdır" - deyə, Ağ Evin mətbuat katibi Keyli Makenani çərşənbə axşamı bildirib.

DCFACES (Kolumbiya Mahalı Təsisatları və Xatirə Obyektləri) kimi tanınan işçi qrupu paytaxt Vaşinqton da daxil olmaqla, bir çox şəhərdə polis zorakılığı və sistematik irqi bərabərsizliyə qarşı ümummilli etiraz dalğasının keçirildiyi bir vaxt Vaşinqtonun meri Muriyel Bovser tərəfindən yaradılıb. 24 səhifəlik hesabatın xülasəs içərşənbə axşamı açıqlanıb.

İş qrupunun bəzi tövsiyələri gözlənilən idi. Məsələn, seqreasiyaya açıq dəstək verdiyinə görə Vudro Vilsonun adına orta məktəb ilk namizədlərdən biri hesab edilirdi.

Laki digərləri daha mübahisəlidir. Məsələn, buraya Tomas Cefferson, Bencamin Franklin və "The Star-Spangled Banner" himninin bəstəkarı Fransis Skott Ki adına məktəblər daxildir.

Qrup Brouserdən Vashinqton, Cefferson Memorialı və Xristofor Kolub kimi federal ərazidə qoyulmuş çox sayda heykəl və abidənin "qaldırma, köçürmək və ya kontekstləşdirməsi" məsələsi ilə bağlı federal hökumətə müraciət etməsini tövsiyə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Cənubi Koreya Ukraynada 300 Şimali Koreya əsgərinin öldüyünü bildirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Cimmi Karterlə vida mərasimi. Azərbaycan-İran münasibətləri.
please wait

No media source currently available

0:00 0:29:40 0:00
XS
SM
MD
LG