Accessibility links

İşıqlar yenidən sönüb, Bakı metrosunda insanların təxliyəsi davam edir


Bakı metrosu
Bakı metrosu

Bakının və ölkənin elektrik enerjisi ilə təchizatında yenidən problem yaranması ilə bağlı yerli saytlarda ən müxtəlif məlumatlar yayılıb.

"Report" agentliyi də “ Azərenerji” ASC-yə istinadən məlumat yayıb ki, Şimal Elektrik Stansiyası və Sumqayıt Elektrik Stansiyasında açılma olub.

Hazırda "Azərenerji" ASC-də hadisə ilə bağlı araşdırmalar aparıldığı qeyd edilir.

APA agentliyinin xəbərinə görə, Mingəçevir İstilik Elektirik Stansiyasının (İES) qəza baş vermiş 6-cı blokunda təmir-bərpa işləri görüləndən sonra yoxlama-sınaq işləri həyata keçirilib.

Bu zaman yaranmış titrəyişdən yenidən qəza vəziyyəti yarandığı vurğulanır.

Agentliyin xəbərinə görə, hazırda qəza nəticələrinin aradan qaldırılmasından ötrü tədbir görülür.

Bakıda işıqlar sönüb
Bakıda işıqlar sönüb

Bu gün, iyulun 3-ü saat 18-45 radələrində Bakının və ölkənin enerji təchizatında yenidən problem yaranıb.

Bakının bəzi rayonlarında elektrik enerjisinin verilişinin yenidən dayandırıldığı bildirilir.

Eyni zamanda, bəzi rayonlarda elektrik enerjisi ilə təchizatda fasilələr yaranması barədə yerli sakinlər məlumat veriblər.

Bakıda elektrik enerjisinin verilişinin yenidən kəsilməsi “ Bakı metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin (QSC) işinə mənfi təsir edib.

"APA-Economics"in məlumatına görə, bunu qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Onun sözlərinə görə, metronun bütün stansiyaları girişə bağlanıb: "Hazırda təxliyə ilə bağlı işlərə başlanıb. Təxliyə təlimat üzrə aparılır. Hazırda gərginliyin çıxarılması ilə bağlı əmr verilib. Tədbirlər planına uyğun tədbirlər görülür".

Xatırlatma

İyulun 2-dən 3-nə keçən gecə Mingəçevir İstilik Elektirik Stansiyasında 1-ci və 6-cı enerji blokunda partlayış baş verdiyi bildirilir. Nəticədə ölkənin əksər yerlərində elektrikin verilməsi dayanıb. Yalnız iyulun 3-u səhər saatlarından Bakıda və ölkənin bölgələrində elektrik verilişinin tədricən bərpa edildiyi açıqlanmışdı.

Mingəçevir elektrik stansiyası
Mingəçevir elektrik stansiyası

Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar olaraq Dövlət Komissiyası da yaradılmışdı

Prezident İlham Əliyev bu gün, iyulun 3-də bununla bağlı sərəncam imzalamışdı.

Sərəncama əsasən baş nazirin birinci müavini komissiyanın sədri təyin edilib.

Dövlət Komissiyasına hadisənin baş verməsi səbəblərini araşdırmaq, prezidentə məlumat vermək, qəzanın nəticələrinin aradan qaldırılmasından ötrü təxirəsalınmaz tədbirlər müəyyənləşdirmək və həyata keçirmək tapşırılmışdı.

Sərəncamla həmçinin, hüquq mühafizə qurumlarının üzərinə baş vermiş hadisənin səbəblərinin araşdırılması və təqsirkar şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi vəzifəsi qoyulmuşdu.

AzadlıqRadiosu

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG