Accessibility links

İş yerində stress daha çox şirkəti dörd-günlük iş həftəsinə keçməyə vadar edib


İş yerində stress daha çox şirkəti dörd-günlük iş həftəsinə keçməyə vadar edib
please wait

No media source currently available

0:00 0:01:18 0:00

Dörd gün işləyirsiniz, amma beş günün pulunu qazanırsınız.

Həqiqətə oxşamasa da, qulağa xoş gəlir. Amma dünya boyu iş həftəsini qısaldan bir çox şirkət bunun daha yüksək məhsuldarlıq, daha motivasiyalı işçilər və daha az tükənmişliyə gətirib çıxardığını deyir.

Bu il 10 işçidən ibarət şirkətdə dörd-günlük iş həftəsi tətbiq edən Berlində qərargahlanan softveyr şirkəti Planionun təsisçisi Yan Şultz-Hofen söyləyir ki, bu yeni iş qrafiki daha sağlamdır və işçilər uzun saatlar çalışmadıqları üçün daha yaxşı iş görürlər.

Yeni Zelandiyada Perpetual Guardian adlı şirkət bu ilin əvvəli 32 saatlıq iş həftəsini sınaqdan keçirəndən sonra belə bir nəticəyə gəlib ki, iş yerində stress azalıb və işçilər daha məşğul olub.

Hətta Yaponiyada belə, hökümət şirkətləri bazar ertəsi səhərləri işçilərə tətil verməyə çağırır, lakin işqolik ölkədə işçiləri daha az işləməyə inandırmaq çox müsbət nəticə verməyib.

Britaniyanın Ticarət İttifaqı Konqresi bütün ölkənin əsrin sonunadək dörd günlük iş həftəsinə keçməsini istəyir. Müxalif Leyboristlər partiyasını da bu təşəbbüsü dəstəkləyir.

Ticarət İttifaqı Konqresi iddia edir ki, qısa iş həftəsi işçilərə sənaye inqilabı dövründə həftəsonu tətilinə haqq qazandıqları kimi, maşın öyrənməsi və robototexnika kimi yeni texnologiyaların yaratdığı sərvətdən faydalanmaq imkanı verir.

Ticarət İttifaqı Konqresinin iqtisadiyyat idarəsinin rəhbəri Keyt Bel deyir ki, bu iş ilə ailə həyatı arasında balans yaratmaq stresini və gender bərabərsizliyini azalda bilər. Bunu sınaqdan keçirən şirkətlər deyir ki, qısa iş həftəsi məhsuldarlıq və işçilərin xobəxtliyi üçün faydalıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG