Accessibility links

İŞİD: Əbubəkr Əl-Bağdadinin oğlu öldürülüb


“İslam dövləti” təşkilatının lideri Əbubəkr Əl-Bağdadinin oğlunun Suriyanın Homs şəhərində öldürüldüyü bildirilir.

Bu barədə Reuters agentliyi islamçılara aid informasiya kanalına istinadla xəbər verir.

Məlumatda deyilir ki, Hüdhayfa Əl-Bədri Suriya və Rusiya hərbçilərinə qarşı əməliyyat zamanı öldürülüb. Məlumat hələlik başqa mənbələr tərəfindən təsdiqlənməyib.

Əl-Bağdadinin özünün yeri isə bəlli deyil. Reuters bildirir ki, son bəyanatdan onun sağ olduğu güman edilir.

Bundan əvvəl onun ölümü barədə məlumatlar yayılır, amma sonradan təkzib olunurdu.

ABŞ hakimiyyəti Əl-Bağdadini beynəlxalq axtarışa verib və onun yerini bildirənə 10 milyon dollarlıq mükafat vəd edib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG