Accessibility links

İŞİD düşərgələrindəki rusiyalı qadınlar Rusiyaya qayıtmaq üçün Putinə müraciət edib


Suriyada İŞİD üzvlərinin ailə üzvləri üçün düşərgə

Suriyanın şimalında İslam Dövləti qrupunun ailə üzvlərinin saxlanıldığı düşərgələrdəki bir qrup rusiyalı qadın vətənə qayıtmaq üçün Rusiya rəsmilərindən yardım göstərilməsini istəyiblər. Azadlıq radiosunun rus xidmətinin verdiyi məlumata əsasən, qadınların audio müracitələri Çeçenistanın isan haqları üzrə nümayəndəsi Xeda Saratova tərəfindən Rusiyanın RBK tele kanalına təqdim edilib.

Bundan öncə 50 rusiyalı qadının Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı başladığı əməliyyatdan sonra kürd hərbi birləşmələri tərəfindən mühafizə edilən düşərgədən qaçdığı haqda məlumat verilib. Adının Yuliya Krükova olduğunu deyən bir qadın Rusiyaya qayıtmaq üçün prezident Vladimir Putinə müraciət edib.

Başqa müraciətlərdə isə bir neçə qadın Ayn İssadakı həbxananı tərk etdiyini və Türkiyənin nəzarətinda olan ərazilərə keçməyə çalışacağını bildirib.

Xeda Saratovanın sözlərinə görə, qadınlar buna nail olublar və hazırda Suriyanın şimalındadırlar. O, qadınların İŞİD üzvləri olan ərlərinin yanına Suriyaya getdikləri üçün peşman olduqlarını deyib.

İŞİD-in İraq və Suriyada nəzarətində olan ərazilərdə olan rusiyalı qadınlarının sayının bir neçə min nəfərdən ibarət olduğu bildirilir. Onlarla qadın Rusiyaya, əsas etibarilə Şimali Qafqazın regionlarına geri qayıdıb. Çeçenistan lideri Ramzan Kadırov və Xeda Saratova buna yardım göstəriblər.

XS
SM
MD
LG