Accessibility links

İŞİD-in maliyyələşdirilməsində təqsirli bilinən şəxslər 14 gündür aclıq edir


Bu gün, martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə İŞİD terror qruplaşmasına maliyyə dəstəyi göstərməkdə ittiham olunan Samir Qurbanov və digər 10 nəfərin məhkəmə prosesi davam edib. İttiham olunan şəxslər məhkəməyə gətirilməyib. Onların yaxınları da məhkəmə zalına buraxılmayıb. Buna səbəb kimi təqsirləndirilən şəxslərin əvvəlki məhkəmə prosesində özlərinə xəsarət yetirməsi olub.

İttiham olunan şəxslərin ailə üzvləri jurnalistərə deyib ki, övladarı artıq 14 gündür aclıq edir və səhhətlərində ciddi problemlər yaranıb.

Təqsirlənirilən şəxslər ittihamları qəbul etmir, bəraət tələb edirlər.

Penitensiar Xidmət aclıq aksiyasına hələ münasibət bildirməyib.

Suriyada qanusuz silahlı birləşmələrdə döyüşməkdə, terrorçuluqda ittiham edilən Ələddin İbişov, Şəhriyar Cabbarov, Əflatun Bayramov, Elgün İsmayılov, Tehran Qasımov, Orxan Qurbanov, Amin Həsənov, Cavid Əmənov, Yusif İmanov, Samir Qurbanov və Babək Məmmədli bir neçə il qabaq həbs edilib.

Onlar Cinayət Məcəlləsinin 167-2.2.1-ci (Qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-2.2.2-ci (təkrar törədildikdə), 167-3.1-ci (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma), 214 (Terrorçuluq) və 218-ci (Cinayətkar birlik (təşkilat) yaratma) maddələri ilə təqsirləndirilirlər.

2020-ci ilin fevralında məhkəmə prosesi başlayıb. Məhkəmə iclasları bir müddət koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Bu il fevralın 23-də təqsirləndirilən şəxslər məhkəmə iclası zamanı özlərinə kəsici alətlə xəsarətlər yetirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG