Accessibility links

İŞİD militantları İraqın yarı-hərbi dəstəsinin 10 üzvünü öldürüb


İslam Dövləti qrupunun militantları şəngə günü İraqın yarı-hərbi qüvvəsinin 10 döyüşçüsünü öldürüb. Bu, cihadçı qrupun ölkədə yenidən ortaya çıxacağına dair narahatlqları artırıb.

İraqın təhlükəsizlik qüvvələri yaydığı bəyanatda Samərra şəhəri yaxınlığında baş verən hücumun koordiyasiya edilmiş olduğunu bildirib.

Bu, İŞİD-in məxfi hücrə sistemi tərəfindən son aylarda həyata keçirilən ən ölümcül hücumdur. Onlar ölkənin şimal və qərbindəki ucqar ərazilərdə təhlükəsizlik qüvvələrinə qarşı hücumları davam etdirirlər.

İŞİD ötən həftə Kərkükdə kəşfiyyat idarəsi önündə dörd nəfərin yaralanması ilə nəticələnən intiharçı hücumun məsuliyyətini üzərinə alıb.

İraq üç il davam edən hərbi kampaniyadan sonra 2017-ci ilin sonunda İŞİD üzərində qələbə çaldığını elan etmişdi.

İŞİD bir zamanlar İraq və qonşu Suriyanın üçdə birinə nəzarət edirdi. Şənbə günü həyata keçirilən hücum terrorçu qrupun İraq rəsmilər iqtisadi böhran və koronavirus pandemiyası ilə mübarizə etdiyi vaxt yenidən üzə çıxmağa çalışdığından narahatdır.

XS
SM
MD
LG