Accessibility links

İŞİD Suriyada ABŞ əsgərlərinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb


İŞİD Suriyada ABŞ əsgərlərinin ölümü ilə nəticələnən hücumun məsuliyyətini üzərinə götürüb
please wait

No media source currently available

0:00 0:01:54 0:00

Suriyanın şimal Mənbic şəhərində həyata keçirilən intiharçı bomba hücumu azı 4 amerikalının ölümü ilə nəticələnib. Bu, 2014-cü ildən, ABŞ ordusunun bu ölkəyə daxil olmasından bəri amerikalılar arasında ölənlərin sayının iki dəfə artması deməkdir. Lakin bu hücumlar yalnız hərbçilərin deyil, onlarla Müdafiə Nazirliyinin inşaat işçilərinin və mülki vətəndaşların da həyatına son qoyur.

Görüntülər hücum anını, şəhərin mərkəzindəki restoranların birində partlayış anını göstərir.

İslam Dövləti məsuliyyəti öz üzərinə götürüb.

İslam Dövlətinə qarşı koalisiyanın verdiyi məlumata görə, hədəf orada gündəlik patrul zamanı görüşən amerika hərbçiləri və Suriyanın yerli döyüşçüləri olub.

Amerikanın Səsinin video görüntüləri hərbçilərin yaralı amerikalıların yaxınlıqdakı stadiondan təxliyə olunduğunu göstərir.

Hücum ABŞ-ın Suriyadakı İslam Dövlətinə qarşı mübarizə aparan qüvvələrə qarşı ən ölümcülü olub.

Pentaqon həlak olanların ailələrinə başsağlığı verib və onları səbrli olmağa çağırıb.

"Terrorizmə qarşı mübarizəmiz davam edir və biz onun məhvini davam edəcəyik", ABŞ Müdafiə nazirinin vəzifəsini icra edən Pat Şanahan.

Çərşənbə günü Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens hücuma münasibət bildirməyib, lakin ABŞ-ın Suriyadakı müttəfiqləri ilə bərabər döyüşlərdən çəkildiyini deyib.

"Biz əsgərlərimizi evə gətiririk. Xilafət dağılıb və İŞİD məğlub olub", Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pens.

Tənqidçilər administrasiyanın ziddiyyətli siqnallarının Birləşmiş Ştatların terrorizmlə mübarizə mövqeyini zəiflətdiyini iddia edirlər. Senator Lindsi Qraham prezident Donald Trampı Suriya ilə əlaqəli son bəyanatlarının terroristləri gücləndirib, müttəfiqlərini ABŞ-ın öhdəliklərinin qeyri-müəyyənliyi ilə arxada qoyduğunu deyib.

"Ümid edirəm prezident Suriyada hara gedəcəyi ilə bağlı çox düşünəcək. Bilirəm. insanlar məyus olublar. Lakin biz burada radikal idealogiyadan əziyyət çəkənlərə kömək etməyə hazır olmasaq heç bir zaman təhlükəsizlik olmayacağıq", Cənubi Karolinadan respublikaçı senator Lindsi Qraham.

Son hücum ABŞ hərbi qüvvələrinin Suriyadan çıxarılmasına dair mübahisələri daha da qeyri-müəyyənləşdirə bilər.

XS
SM
MD
LG