Accessibility links

İbrahim Məmmədov: Təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir


İbrahim Məmmədov
İbrahim Məmmədov

“İndiyə qədər hökumət sərt məhdudiyyətlərə getmək istəməyib. Baxmayaraq ki, bu bəlkə də ən asan yol kimi görünə bilər. Ona görə ki, vətəndaşların Xüsusi Karantin Rejiminin qaydalarına intizamla əməl edəcəyinə və sərt tədbirlərsiz də özünü təcridin səmərəsi olacağına inam var idi. Ancaq, bu günkü mənzərə göstərir ki, təcrid qaydalarının daha da sərtləşdirilməsi günün tələbinə çevrilməkdədir.”

Bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov aprelin 11-də son vəziyyətlə bağlı açıqlamasında bildirib.

Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün, aprelin 11-də isə artıq 1 sutka ərzində karantin qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır.
İbrahim Məmmədov, Nazirlər Kabinetinin mətbuat katibi

“İndiyə qədər Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mövcud vəziyyət təhlil olunaraq qabaqlayıcı tədbirlərin nəticəsində bizdə yoluxmalar və ölümün sayı başqa ölkələrlə müqayisədə aşağı olaraq qalmaqdadır. Həkimlərin səyi nəticəsində xəstələri həyatda saxlamaq mümkün olur.

Yoluxmanın artıb-azalma tezliyi var. Yəni bəzən azalma müşahidə olunsa da, növbəti artım əvvəlki artım səviyyəsini üstələyir. Yoluxma sayı da sağalma sayından yüksək olaraq qalmaqdadır. Bu tendensiya tələb edir ki, yeni qabaqlayıcı addımlar atılsın.

Həkimlər də yoluxmanın qarşısının alınması üçün təcridin çox mühüm olduğunu deyirlər. Amma müşahidələr və faktlar da göstərir ki, vətəndaşlar özünütəcrid kimi çox vacib bir tələbə əməl etmirlər. Bu istiqamətdə də tendensiya ürəkaçan deyil. Məsələn, aprelin 8-də bir sutka ərzində 3 073 Xüsusi Karantin Rejiminin pozuntusu olub. Aprelin 10-da bu göstərici 3 112-yə yüksəlib. Bu gün, aprelin 11-dəisə artıq 1 sutka ərzində karantin qaydalarının pozuntusu 3 810-a yüksəlib. Bunlardan da 27-si inzibati həbs, biri cinayət işidir. 27 inzibati həbs cəzası isə göstərir ki, daha sərt məhdudlaşdırmalara gedilməsi məcburiyyəti yaranmaqdadır. "İcazə-e-gov.az portalına müraciət edilərək hərəkətinə icazə verilmiş 47 min nəfərin icazəsi artıq ləğv edilib," o qeyd edib.

Müşahidəçilər paytaxt Bakıda, Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə şəhərdaxili ictimai nəqliyyatın dayandırıla biləcəyini istisna etmir. Ekspertlər ölkədə aprel ayında koronovirusa yoluxmanın pik həddinə çatacağını güman edir.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Martın 24-dən etibarən xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. İnsanlar yalnız xüsusi icazə ilə evlərindən çıxa bilər. Qaydaları pozan şəxlərə qarşı cərimələr və cinayət məsuliyyəti tətbiq edilir. Hər gün minlərlə insan cərim\ələnir, həbs olunanlar var

Hazırkı dövrədək ölkədə 991 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 159 nəfəri müalicə olunaraq sağalıb, 10 nəfər vəfat edib, 822 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 61342 test aparılıb.

XS
SM
MD
LG