Accessibility links

İbrahim Məmmədov: Vətəndaşların evdən çıxması üçün sənəd hazırlanır


İbrahim Məmmədov
İbrahim Məmmədov

"Vətəndaşların evdən çıxması üçün sənəd hazırlanır".

Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, yaxən vaxtlarda həmin sənəd hazırlancaq və ictimaiyyətə açıqlanacaq.

İbrahim Məmmədov qeyd edib ki, həmin sənəd hələlik təsdiqlənməyib:

“Bu mexanizm üzərində iş gedir, yaxın saatlarda təsdiqlənəcək”.

Bu vaxta qədər ümumilikdə Azərbaycanda 400 nəfərin koronavirus infeksiyasına yoluxduğu açıqlanıb. Onlardan 26 nəfərin müalicə olunaraq sağaldığı, 5 nəfərin vəfat etdiyi deyilir.

Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 29-dan da xüsusi karantin rejiminin bir qədər də gücləndirildiyi açıqlanıb. Bakı metrosu gün ərzində yalnız müəyyən saatlar çərçivəsində fəaliyyət göstərib. Sonra da martın 31-dən aprelin 20-nə kimi metroda fəaliyyət dayandırılıb. Həmin gündən qaydaların daha da sərtləşdirildiyi elan edilib. Yalnız bəzi icazəli sahələrdə çalışanların sərbəst hərəkətinə maneə yaradılmayacağı vurğulanıb.

XS
SM
MD
LG