Accessibility links

İbrahim Rəisi İranda prezident seçkisinin qalibi oldu


İbrahim Rəisi

İranda seçki rəsmiləri sərt xətt tərəfdarı İbrahim Rəisinin 62 faiz səslə əsasən mühafizəkarlardan ibarət az sayda namizədi məğlub edərək prezident seçkisinin qalibi olduğunu elan edib.

Lakin səsvermədə seçici fəallığı tarixi baxımdan ən aşağı səviyyədə olub.

Çox sayda yoxlanışdan sonra dörd namizədin seçilməsi və boykot çağırışlarının olması onu göstərirdi ki, seçki 60 yaşlı ruhanini və ədliyyə sisteminin rəhbəri Rəisinin xeyrinə başa çatacaq. Rəisi insan haqları qrupları tərəfindən otuz il bundan öncə edamlarda oynadığını roluna görə insanlığa qarşı cinayətdə ittiham olunur.

Amnesty International Rəisinin qələbəsinə dair xəbərlərə cavab olaraq onun insanların yoxa çıxması, işgəncələr, qətllər və insan haqlarına qarşı “nəzarətdən çıxan təqiblər”dəki rolu ilə bağlı araşdırmanın aparılmasına yenidən çağırış edib.

Seçkidə rəsmi seçici fəallığının 48.8 faiz olduğu bildirilir ki, bu 1979-cu ildə baş verən İslam İnqilabından bəri ən aşağı göstəricidir.

Lakin İranın siyasi və dini məsələlərində nəhayət gücə sahib ali ruhani Ayətullah Əli Xamenei səsverməni “düşmən təxribatının” məğlubiyyəti adlandırıb.

“Dünənki seçkinin əsas qalibi İran xalqıdır ki, o, bir daha düşmənin qərəzkr mediasının təxribatına və bədxahların yoldan çıxarmaq səylərinə qarşı çıxdı və ölkənin siyasi səhnəsindəki iştirakını göstərdi,” Xamenei bəyanatda bildirib.

O, insanların seçkidə “epik və bənzərsiz” iştirakını alqışlayıb.

Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, İraq Prezidenti Bərham Salih, Bİrləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş nazir Şeyx Məhəmməd bin Rəşid və Əbu Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd Bin Zayed Rəisiyə təbriklərini çatdırıblar.

Ancaq İranın regiondakı düşməni İsrailin Xarici İşlər Nazirliyi Rəsini İranın “indiyə qədərki ən eksremist prezidenti” adlandırıb.

“Ekstermist bir fiqur, İranın hərbi nüvə proqramının sürətlər inkişaf etdirilməsinə sadiq olan Rəisinin seçilməsi İranın gerçək bədxah niyyətlərini açıq göstərir və beynəlxalq ictimaiyyət arasında ciddi narahatlığa səbəb olmalıdır,” bəyanatda qeyd olunub.

XS
SM
MD
LG