Accessibility links

İcazəyə baxmayaraq, Rəşidə Tlayb İsrailə getməkdən imtina etdi


İsrailin Birləşmiş Ştatlar konqresmeninin ölkəyə səfərinə qoyduğu qadağa qərarını ləğv etməsindən və Rəşidə Tlaybın Qərb Sahilindəki ailəsinə baş çəkməyə razı olmasından bir neçə saat sonra ABŞ Konqresinin müsəlman üzvü fikrini dəyişib.

"Qərara gəlmişəm ki, belə mürtəce şərtlər altında nənəmə baş çəkmək inandığım hər şeyin - rasizmə, irtica və ədalətsizliyə qarşı mübarizənin əleyhinə gedir," Tlauyb bəyan edib.

İsrailin Daxili İşlər Nazirliyi cümə günü Konqres üzvü Rəşidə Tlaybın fələstinli nənəsini "humanitar" zəmində görməsi üçün ölkəyə gəlməsinə icazə veriləcəyini bildirmişdi.

Mən təssəvvür edə bilmirəm İsrail nə üçün onlara ölkəyə daxil olmağa icazə verdi.
Donald Tramp, ABŞ Prezidenti

Cümə axşamı İsrailin Tlayb və İlhan Ömərin ölkəyə girməsinə icazə verməyəcəyini bəyan etməsi ABŞ-ın Yaxın Şərqdəki müttəfiqinə verdiyi dəstəklə bağlı mübahisələrin yeni raunduna səbəb olmuşdu.

İsrail cümə günü verdiyi açıqlamada İlhan Ömərin adını çəkməyıb.

İsrailin fələstinlilərə münasibəti tənqid edən iki Demokrat qanunverici İsrail və İordan çayının Qərb Sahilindəki bir neçə şəhəri ziyarət etməyi planlaşdırırdı.

ABŞ prezidenti Donald Tramp İsrailin qərarını ləğv etdiyini erlan etməsindən bir neçə saat əvvəl özünün Twittter səhifəsində "İsrail Ömər və Tlaibə ölkəyə ziyarətə icazə verdiyi təqdirdə böyük zəiflik göstərmiş olardı. Onlar İsrailə və bütün yəhudi xalqına nifrət edir və onların fikirini dəyişdirmək üçün edilə biləcək bir şey yoxdur" yazıb.

İsrailin qərarını bəyan etməsindən sonra isə Trump "Mən təssəvvür edə bilmirəm, İsrail nə üçün onlara ölkəyə daxil olmağa icazə verdi" və "onlar yəhudilərin və İsrailin çox əleyhinədir" yazıb.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezidentin şərhlərinin "cahillik və hörmətsizlik əlaməti, prezident ofisinin ləyaqətini alçaltdığını" deyib.

Xanım Pelosi İsraili sevdiyini dilə gətirib, lakin Ömər və Tlaybın ölkəyə səfərinə icazə verilməməsinin "zəiflik əlaməti və böyük İsrail dövlətinin ləyaqətinin alçaldan" bir addım olduğunu bildirib.

XS
SM
MD
LG