Accessibility links

İcra Hakimiyyəti ADR Hərəkatının piketinə razılıq verməyib


Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR
Azərbaycan Demokratiya və Rifah Hərəkatı- ADR

Bakı şəhər İcra Hakimiyyəti Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının noyabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin binası qarşısında uşaq pulunun bərpa olunması, pensiya yaşının artırılmasının dayandırılması, təqaüd və müavinətlərin artırılması tələbi ilə piket keçirməsinə razılıq verməyib.

Bu barədə Hərəkatın lideri Qubad İbadoğlu bildirib.

İcra hakimiyyəti hesab edir ki, həmin ərazidə piyadaların sıxlığı, nəqliyyatın intensivliyi nəzərə alınaraq orada toplantı keçirilməsi ictimai təhlükəsizliyin təmin edilməsi baxımından çətinlik yaradır.

Bakı meriyasının ADR Hırıkatına cavab məktubu
Bakı meriyasının ADR Hırıkatına cavab məktubu

ADP Hərəkatı hesab edir ki, Bakı meriyasının cavabı qanunlara və Konstitutsiyaya hörmətsizlikdir.

“ADR Hərəkatının sosial tələblərlə piket müraciətinə Bakı şəhər icra hakimiyyətinin cavabı onu da göstərdi hazırkı hakimiyyət yalnız mitinqlərdən deyil, həm də piketlərdən qorxur, yalnız siyasi tələbləri deyil, həm də sosial tələblərə dair xalqın səsini eşitmək istəmir,” ADR Hərəkatının lideri Qubad İbadoğlu bildirib.

İbadoğlunun fikrincə, prezidentin sərəncamı ilə təyin olunan Bakı şəhər icra hakimiyyətinin başçısı və onun formalaşdırdığı aparat bundan sonra da qanunları və Konstitutsiyanı pozmaqda davam edəcək.

“Çünki, şəhər hakimiyyəti seçkili olmaıdığından prezident adminstrasiyasından gələn tapşırıqları icra edir, nə Konstitutsiya, nə də qanunlara əməl etmir. Odur ki, Bakı şəhər meri seçkili olmalı və xalqın iradəsi ilə onu Bakı sakinləri seçməlidir. Məlumat üçün qeyd edim ki, Azərbaycan Avropa Şurasına üzv olan ölkələr arasında paytaxt şəhərinin meri olmayan və onun başçısı seçilməyən yeganə ölkədir,” hərəkatın lideri qeyd edib.

O hesab edir ki, ölkə prezidentinin `təklifləriniz verin, biz xalqdan bunu gözləyirik` mesajı və ölkədə islahatların gedişinə dair dedikləri inandırıcı deyil.

“Çünki, indiyə qədər bu və digər məsələlərə dair verilən təkliflərin heç biri diqqətə alınmayıb. Buradan çıxan nəticə odur ki, bu hakimiyyət islah olunan deyil. Kadrlar dəyişsə də sistem yerində qalır. Ramiz Mehdiyevin Samir Nuriyevlə, Hacıbala Abutalıbovun Eldar Əzizovla əvəzlənməsi keyfiyyət dəyişikliyinə gətirib çıxarmayacaq. Çünki, hazırkı sistem kadrları idarə edir, kadrlar sistemi idarə etmir. Odur ki, bu dəyişikliklər yalnız hakimiyyət daxilində qüvvələr nisbətini təsir göstərə bilər.”

Xatırladaq ki, Milli Şuranın yanvarın 19-da keçirdiyi mitinqdən sonra Bakı meriyası müxalifət partiyalarına mitinq keçirmək üçün razılıq verməyib.

Meriya müxalif siyasi partiyaların sonuncu müraciətlərinə Bakının mərkəzindən 20 kilometr uzaqda yerləşən Qaradağ rayonunun Lökbatan qəsəbəsində aksiya keçirməyi məsləhət bilib. Meriyanın bu təklifi qəbul edilməyib.

Bununla yanaşı, Milli Şura oktyabrın 19-da 28 May metro stansiyasının qarşısındakı meydanda razılaşdırılmamış mitinq, Müsavat Partiyası isə noyabrın 12-də Bakı meriyasının binası qarşısında razılaşdırlmamış piket keçirməyə cəhd edib. Hər iki cəhdin qarşısı polis tərəfindən alınıb, onlarla insan saxlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. İsrail ABŞ-ın bəzi silah tədarükünü dayandırmaq qərarına etiraz edir
please wait

No media source currently available

0:00 0:13:11 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG