Accessibility links

İcra hakimiyyətlərinin keçmiş başçıları barədə həbs qətimkan tədbiri seçilib


Nizaməddin Quliyev

Dekabrın 20-də Səbail Rayon Məhkəməsi Ağstafa Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizaməddin Quliyev və onun müavini Ramiz Tatarov barəsində istintaq müddətində 4 ay həbs qətimkan tədbiri seçib.

Yevlax rayonunun icra hakimiyyətinin başçısı barədə də həmin müddətə həbs qətimkan tədbiri seçilib.

Bu barədə məhkəmədəki mənbə bildirib.

Dekabrın 19-da Dövlət Təhlükəsizliyi Xidməti həmin şəxslərin tutulması barədə məlumat yayıb.

Həbs olunanlar Cinayət Məcəlləsinin vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət almaq, mənimsəmə və başqa maddələri ilə ittiham olunur.

Onları 10 ildən 14 ilədək həbs cəzası gözləyir.

XS
SM
MD
LG