Accessibility links

İctimai fəal işgəncəyə məruz qalıdığını bildirib, rəsmi qurum təkzib edib


Qandal

İyunun sonlarında Almaniyadan readmissiya ilə Azərbaycana qaytarılan və oktyabrın 25-də həbs olunan ictimai fəal Malik Rzayev saxlanılandan sonra işgəncələrə məruz qaldığını bildirib.

Vəkil: Malik Rzayev işgəncəyə məruz qaldığını bildirir
please wait

No media source currently available

0:00 0:01:17 0:00

“Nəhayət, noyabrın 10-da Malik Rzayevlə istintaq təcridxanasında görüşə bildim. O işgəncə və təzyiq altında ifadə verdiyini bildirdi. Oktyabrın 30-dan noyabrın 10-dək Malik Rzayev qanunsuz olaraq iki dəfə Sumqayıt şəhər Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə etap olunub. Bu barədə mənə hər hansı məlumat verilməyib,” vəkil Nemət Kərimli qeyd edib.

Vəkilin sözlərinə görə, müdafiə etdiyi şəxsi döyüblər, şpaqat açdırmağa, yad cisimlə zorlamağa cəhd ediblər.

Nemət Kərimli işgəncə faktının araşdırılması məqsədi ilə Sumqayıt şəhər Prokurorluğuna şikayət verib.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Amerikanın Səsinə Rzayevin igəncəyə məruz qalması barədə deyilənləri təkzib edib.

“Bunlar istintaqa təzyiq göstərmək metodlarıdır və tam əsassızdır,” o qeyd edib.

Yaxınlarının dediyinə görə, Malik Rzayev oktyabrın 25-də Sumqayıt şəhərində yerləşən Hacı Zeynalabiddin Tağıyev qəsəbəsində mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) ilə ittiham irəli sürülüb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Vəkilin sözlərinə görə, Rzayev ittihamı qəbul etmir, sifariş hesab edir.

Rzayev faktiki olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Mütəllim Orucovla eyni vaxtda həbs edilib. Hər iki fəal bu il iyun ayında Almaniyadan readmissiya olunaraq Azərbaycan göndərilib.

Hüquq müdafiəçilərinin məlumatına görə, Almaniyada olarkən hər iki fəal azərbaycanlı siyasi məhbusların müdafiəsi ilə bağlı keçirilən etiraz aksiyalarında fəal iştirak edib.

Şərhlərə bax

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG