Accessibility links

İctimai fəal Təhsil Nazirliyinin qarşısında aksiya keçirib


Gülnarə Mehdiyeva Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirir
Gülnarə Mehdiyeva Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirir

İyunun 2-də ictimai fəal Gülnarə Mehdiyeva Təhsil Nazirliyinin binası qarşısında “Tələbənin tələbi cinayət deyil” şüarı ilə təkadamlıq aksiya keçirib.

“Tələbələr keçirilməyən dərslərə görə ödəniz etmək istəmirlər. Onlar tam haqlıdır. Tələbələrin təhsil haqqına ödəyəcəyi pulu qazanmaq üçün valideynlər bu ağır karantin dövründə böyük əziyyət çəkirlər. Tələbələrin tələbini haqlı hesab edirəm. Nazirliyin yanaşması isə düzgün deyil,” Gülnarə Mehdiyeva deyib.

Bu zaman Təhsil Nazirliyinin qarşısına polis əməkdaşları gəlib, fəalın qaldırdığı plakatı əlindən alıb. Polis əməkdaşları jurnalistlərin, o cümlədən Amerikanın Səsinin müxbirinin aksiyanın videoçəkilşini aparmamaslı üçün nazirliyin binası qarşısından uzaqlaşdırıb.

Gülnarə Mehdiyeva Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirir
Gülnarə Mehdiyeva Təhsil Nazirliyinin binası qarşısında aksiya keçirir

Gülnarə Mehdiyeva, deputatlığa keçmiş namizəd, ictimai fəal Rəbiyyə Məmmədova və jurnalist Nərgiz Absalamova saxlanılıb.

Rəsmi qurumlar aksiya ilə bağlı hələ şərh verməyib.

İyunun 1-də bir qrup tələbə və ictimai fəal Təhsil Nazirliyinin binası qarşısında “Ödənişi ləğv et! və “İmtahanları ləğv et!” şüarları altında aksiya keçirib.

Aksiyanın tələblərini nazirliyə təqdim edən “Tələbə tələbi” Hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli inzibati qaydada 15 sutka həbs edilib.

İsmayılbəyli Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin rejiminin pozulması) və 535.1-ci maddələri ilə (polisin qanuni tələbinə tabe olmamaq) təqsirli bilinib.

Həmçinin aksiyanın digər 5 iştirakçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsini pozmaqda günahlı bilinərək, İlham Əhmədov, Vüqar Mirzəbəyov, Rəhim Əhmədovun hər biri 100 manat, Qiyas İbrahim, Allahverdi Həsənov 200 manat cərimə edilib.

XS
SM
MD
LG