Accessibility links

Qışda COVID-19-a yoluxma hallarının artacağı proqnozlaşdırılır


Şimal yarımkürəsində soyuq hava yaxınlaşdığı bir vaxt COVID-19-a yoluxma halları gözlənildiyi kimi artmaqda davam edir.

Dünya boyu gündəlik yoluxmalar 330 000-ə çatıb. Avropa və ABŞ-da artımlar narahatedici dərəcədə kəskindir.

ABŞ-da cümə axşamı koronavirusa 64 min yeni yoluxma halı qeydə alınıb ki, bu, iyul ayından bəri gündəlik yoluxmalarda ən yüksək göstəricidir.

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru bildirir ki, qitədə hər gün 1000 nəfər COVID-19 səbəbilə həyatını itirir və son on gündə bir milyondan çox xəstəliyə yeni yoluxma halı qeydə alınıb.

Hans Kluqe həmçinin deyib ki, əgər Avropada əhalinin indiki 65 faizi əvəzinə 95 faizi maska taxsa və sosial məsafə qaydalarına riayət olunsa, bu qış koronavirusun səbəb olduğu xəstəliyin təsirlərini azalda bilər.

Amerikanın yoluxucu xəstəliklər üzrə baş mütəxəssis deyib ki, amerikalılar noyabr ayında keçirilən Şükranlıq bayramı şənliklərini yenidən nəzərdən keçirməyə çağırıb. Ənənəvi olaraq çox sayda insan bayramı ailələri ilə keçirmək üçün avtobus, metro stansiyaları və hava limanlarından səyahət edir.

“Əgər ailənizdə təhlükəyə ən açıq, yaşlı və ya xəstəlikləri olan insanlar varsa, bunu nəzərdən keçirməlisiniz,” Fauçi ABS News-a bildirib. O, insanların planlarını təxirə salmalarını və pandemiya nəzarət altına alınana qədər gözləməyi məsləhət görüb.

Fransa şənbə günündən etibarən Paris və Lyon, Qrenobl, Aks-an-Provans, Montpelye, Lil, Ruen və Sent-Etyen daxil olmaqla, azı yeddi şəhərdə axşam saat 9-dan səhər saat 6-dək komendant saatı tətbiq edir. Komendant saatı azı dörd həftə davam edəcək.

Almaniya kansleri Angela Merkel və ölkənin 16 ştatının qubernatorları COVID-19-a rekord yoluxmalar qeydə alındığı üçün ölkə boyu yeni məhdudiyyətlər tətbiq ediblər. Bu məhdudiyyətlərə barlar və restoranların erkən bağlanması və ictimai yerdə toplanan insanların sayının məhdudlaşdırılması daxildir.

Cons Hopkis Universitetinin məlumatına görə, ümumilikdə dünya boyu koronavirusa 39 milyon yoluxma və bir milyondan çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG