Accessibility links

İsveçrə 19 ölkəyə, o cümlədən Azərbaycana bank və vergi məlumatları göndərəcək


İsveçrə "daha 19 ölkənin, o cümlədən Azərbaycan, Qazaxıstan və Türkiyənin müvafiq hakimiyyətinə rəsmi olaraq bank və vergi məlumatlarını göndərəcək. Bu qərarı İsveçrə parlamenti qəbul edib.

Xəbəri İsveçrə ictimai televiziyası (SRFB) yayıb.

Deputatlar bildiriblər ki, bu cür ölkələrlə "həssas məlumatların" mübadiləsi "çətin işdir", amma onlar üçün ölkənin "vergi limanlarının" müxtəlif növ "boz" və "qara" siyahılarında olmamasını təmin etmək vəzifəsi ilk yerdə durur.

Yalnız konservativ İsveçrə Xalq Partiyasının (SVP/Sürix) nümayəndəsi Tomas Matter ölçüyə qarşı çıxıb.

"Bütün qəlbimlə sadiq olduğum İsveçrənin neytrallığı prinsipi burada və indi deputat həmkarlarıma avtoritar idarəetmə sistemlərini (qeyd edilən ölkələrdə), diktaturaları, insan hüquqlarının pozulmasını və (bu ölkələrdə) hər yerdə mövcud olan korrupsiyanı göstərməyimi qadağan edir. Bununla belə, məncə bu ölkələrə bank məlumatlarını göndərmək olmaz," o qeyd edib.

İsveçrənin maliyyə naziri və onun "xalqçılar" partiyasından həmkarı Uli Maurer bu yanaşma ilə razılaşmayıb. Onun sözlərinə görə, İsveçrə xarici vergi idarələrinə bank və vergi məlumatlarını avtomatik rejimdə ötürməlidir, çünki o, dünyada aparıcı maliyyə mərkəzi olaraq korrupsiyaya, çirkli pulların yuyulmasına və vergilərdən yayınmaya qarşı mübarizə sahəsində yeni İƏİT standartlarına keçmək öhdəliyi götürüb.

"Biz bunu etməsək, ölkəni sanksiyalar gözləyir ki, bu sanksiyalardan ilk növbədə İsveçrə sənayesinə ziyan dəyəcək," o qeyd edib.

"Heç nə etmək olmaz, dünyada korrupsiyaya uğramış sistemlərin hökm sürdüyü bir çox ölkə var, biz burada özümüzü xülyalarla aldatmamalıyıq. Amma bu, yalnız bu ölkələrlə informasiya mübadiləsinin çox ehtiyatlı və diqqətli şəkildə həyata keçirilməli olduğu deməkdir," nazir bildirib.

Bir müddət əvvəl İsveçrə artıq 36 ölkə ilə, o cümlədən Rusiya, Çin və Səudiyyə Ərəbistanı ilə belə məlumatlandırma mexanizmini tətbiq edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG