Accessibility links

İki güneyli fəal müvəqqət olaraq sərbəst buraxılıb


Musa Ziya Gərgəri və Səccad Şoheyri
Musa Ziya Gərgəri və Səccad Şoheyri

İyulun 16-da İran Azərbaycanının Sulsuz şəhərinin sakini olan iki türk fəal Musa Ziya Gərgəri və Səccad Şoheyri, müvəqqət olaraq sərbəst buraxılıb.

Bu haqda Güney Azərbaycan Televiziyası (Günaz TV) və HRA agentliyi məlumat yayıblar.

Sulduz şəhərinin sakinləri olan iki türk fəal 80 milyon tümənlik (16 min dollar) mülki vəsiqə qarşılığında müvəqqət olaraq azadlığa buraxılıblar.

"GAMAC təşkilatına üzvlük" və Abbas Lisaninin evində və “Sulduz Şəhidlərinin anma törəni” mərasimində çıxışlarda "sistemə qarşı təbliğat aparmaq" ittihamları verilib.

Hər il 2006-cı il may ayında etirazlarda həyatlarını itirənlərin xatirəsi yad edilərək, “Sulduz Şəhidlərinin anma törəni” təşkil edilir.

Musa Ziya Gərgəri və Səccad Şoheyri ötən ay iyunun 22-də Qərbi Azərbaycan vilayətinin Sulduz şəhərində təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, Urmiyənin Ettelaat idarəsinin nəzarət mərkəzinə götürülmüşdülər.

Urmiyənin təhlükəsizlik qurumunda saxlanılan türk fəallara görüş qadağası tətbiq olunmuşdu.

XS
SM
MD
LG