Accessibility links

İki gürcü atlet Olimpiya Oyunlarından kənarlaşdırılıb


Vaja Margvelaşvili
Vaja Margvelaşvili

Gürcüstandan olan iki cudoçu Atletlər kəndini tərk edib, şəhəri gəzməyə getdiyi üçün Tokio Olimpiya Oyunlarından kənarlaşdırılıb. Bu barədə iyulun 31-də Yaponiyanın Kyoto xəbər agentliyi məlumat verib.

Olimpiadanın təşkilatçıları bildirib ki, iki iştirakçı sərt COVID-19 protokollarını pozublar.

Bu, Olimpiya Oyunları iyulun 23-də başlayandan bəri oyunlardan kənarlaşdırılan ilk atletlərdir. Bunu təşkilat komitəsinin sözçüsü Masanori Takaya söyləyib.

Gürcüstanın Milli Olimpiya Komitəsinin rəsmini iki atletin gümüş medal sahibləri 27 yaşlı Vaja Margvelaşvili və 29 yaşlı Laşa Şavdatuaşvilinin olduğunu bildirib ki, onlar Atletlər kəndini Yaponiyada yaşayan “yaxın dostlarından biri” ilə görüşmək üçün tərk ediblər.

Laşa Şavdatuaşvili
Laşa Şavdatuaşvili

“Onlar kənddən çıxanda, heç kəs onları dayandırmayıb. Onlar da bayıra çıxa biləcəklərini düşünüblər”- deyə, adının açıqlanmasını istəməyən rəsmi iyulun 31-də AFP xəbər agentliyinə bildirib.

“Onlar sadəcə olaraq bir az açıq havada gəzmək, çətin bir yarış günündən, sərt qapanma müddətindən sonra bir az rahatlamaq istəyiblər,” rəsmi deyib.

Tokio Olimpiya Oyunlarının təşkilatçıları iyulun 31-də söyləyib ki, onlar iyulun 29-da azı bir olimpiada iştirakçısı ilə bağlı intizam tədbiri görüblər, amma dəqiq rəqəmi və atletlərin kimliklərini açıqlamayıblar.

Takaya iyulun 31-də mətbuat konfransında bildirib ki, bu, yolverilməz “qayda-pozuntusu” halıdır və qaydanı pozanların bir daha Olimpiya təsislərinə daxil olmalarına icazə verilməyəcək.

Gürcüstanın Milli Olimpiya Komitəsinin rəsmisi deyib ki, iki atletin iyulun 29-da akkreditasiyaları ləğv olunub, və onlar artıq Yaponiyanı tərk ediblər.

Hər iki atlet bu həftə yaponiyalı cudoçu tərəfindən məğlub edilərək, qızıl medalı ala bilməyib.

Atletlər Yaponiyada hər gün test olunur. Orana onlar biotəhlükəsiz şəraitdə qalırlar və yarışları bitəndən sonra 48 saat ərzində ölkəni tərk etməlidirlər.

Atletlərin ictimai nəqliyyatdan istifadə etmələrinə icazə verilmir və onlar qaldıqları yeri yalnız Olimpiya stadionlarına getmək üçün tərk edə bilərlər.

Yaponiyada koronavirusa yoluxma hallarında artım müşahidə olunur.

XS
SM
MD
LG