Accessibility links

İki Koreya sərhədin əsas hissəsinin silahsızlaşdırılmasına dair üçtərəfli danışıqlara başlayır


Şimali və Cənubi Koreyaların nümayəndə heyətlərinin üzvləri ABŞ-ın başçılığı altında BMT komandanlığı ilə birlikdə iki Koreyanı ayıran sərhədin bir hissəsinin demilitarizasiyası ilə bağlı çərşənbə axşamı ilk danışıqları keçiriblər.

Danışıqlar 1953-cü ildə atəşkəslə sona çatan Koreya müharibəsindən sonra üç tərəfin nəzarəti altına alınan Birgə Təhlükəsizlik Zonasında baş tutacaq.

​Bu, Demilitarizasiya Zonasında Şimali və Cənubi Koreyaların qarşı-qarşıya olduğu yeganə ərazidir. Bu ərazidən uzun müddət ərzində diplomarik əlaqələr məqsədilə istifadə olunub.

İki Koreyalar arasındakı Birgə Təhlükəsizlik Zonası
İki Koreyalar arasındakı Birgə Təhlükəsizlik Zonası

Keçən ay Pxenyanda baş tutan üçüncü zirvə görüşündə Şimali Koreyanın lideri Kim Conq Un və Cənubi Koreya prezidenti Mun Cae-in bu ilin sonunadək Birgə Təhlükəsizlik Zonasından təhlükəsizlik postlarının və silahların yığışdırılması və ərazinin minalardan təmizlənməsinə dair razılıq əldə edib. Zonada yalnız silahsız qoşunlar qalacaq.

Bazar ertəsi Panmunconda keçirilmiş yüksək səviyyəli danışıqlarda iki ölkənin ilin sonuna qədər dəmir və avtomobil yollarının modernləşdirilməsi və birləşdirilməsi üzrə ortaq bir layihəyə başlamaq barədə razılığa gəlib.

Onlar həmçinin Koreya müharibəsi dövründə ayrı düşmüş ailələrlə əlaqədar noyabr ayında Qırmızı Xaç təşkilatı ilə Şimali Koreyanın Kumqanq Dağ İstirahət mərkəzində danışıqlar keçirmək haqda razılıq əldə edib.

XS
SM
MD
LG