Accessibility links

İki qərbli girov Haqqani liderinin müqabilində sərbəst buraxılacaq


Anas Haqqani, Kevin Kinq vəTimoti Viks
Anas Haqqani, Kevin Kinq vəTimoti Viks

Əfqanıstan bildirir ki, Taliban Əfqanıstan hökümətinin Talibanın üç yüksək səviyyəli liderini azadlığa buraxması müqabilində üç ildir girov saxlayan iki qərblini azadlığa buraxacaq.

Prezident Əşrəf Qani çərşənbə axşamı televiziyada yayımlanan çıxışında iki girovun müqabilində sərbəst buraxılacaq üç Taliban liderinin adlarını açıqlayıb.

“Üç məhbus Vali Xanın oğlu Hacı Mali Xan, Məhəmməd Ömərin oğlu Əbdül Rəşid və Cəlaludinin oğlu Anas Haqqanidir”, Qani bildirib.

62 yaşlı amerikalı Kevin Kinq və 50 yaşlı avstraliyalı Timoti Viks 2016-cı ildə Kabildə qaçırılıb.Onların hər ikisi Əfqanıstanda yerləşən Amerikan Universitetində dərs deyirdi.

Sərbəst buraxılacaq üç Taliban liderindən biri, Anas Haqqani, Haqqani Şəbəkəsinin başçısı Siracuddin Haqqaninin balaca qardaşıdır. Şəbəkə Əfqan Talibanının ən ölümcül qolu hesab olunur .

Mübadilənin Talibanla Birləşmiş Ştlatlar arasında sentyabr ayından bəri dayandırılan sülh danışıqlarının bərpasına gətirib çıxaracağı gözlənilir. Həmin danışıqları aparan Zalmay Xəlilzad girovların azadlığa buraxılması danışıqlarına da başçılıq edib.

Prezident sarayına yaxın mənbələr bildirib ki, məhbuslar ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinə təhvil veriləcək və Taliban qərbli girovları sərbəst buraxanadək üçünü ölkədə saxlanılacaq. Üçüncü ölkənin Qatar olacağı mümkündür.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG