Accessibility links

İİV-nin müalicəsi mümkündür


İİV-nin müalicəsi mümkündür
please wait

No media source currently available

0:00 0:02:42 0:00

İİV-nin müalicəsi mümkündür

Bir qrup britaniyalı alim müalicəsinin bitməsindən bir il yarımdan sonra “Londonlu pasient” adlandırdıqları İİV xəstəsinin qanında insan immun çatışmazlığı virusunun olmadığını bildirib. BMT-nin QİÇS-ə son qoymaq üçün qlobal səylərinə rəhbərlik edən agentlik Sietlda keçirilən konfransında bu xəbərin olduqca müsbət və ümidverici olduğu bildirib.

Alimlər 40 ilə yaxındır ki, İİV (HİV) / QİÇS-in müalicəsini axtarırlar. BMT-də QİÇS-ə qarşı mübarizəyə başçılıq edən mütəxəssislər britaniyalı şəxsin HİV-in funksional müalicə olunmasını tibb sahəsində "böyük nailiyyət" adlandırblar.

"Bu nailiyyət bizə gələcəklə bağlı böyük ümid verir, eyni zamanda QİÇS-ə elmin köməyi ilə son qoyullmasından nə qədər uzaq olduğumuzu, habelə İİV-in qarşısının alınması və müalicəsi səylərinin diqqətdə saxlanmasının əhəmiyyətini göstərir", BMT sözçüsü Stefani Ducarriç deyir.

London xəstəsi nadir gen mutasiyası olan donordan hüceyrə transplantasiyasından sonra İİV virusundan tam sağalıb. Pasient artıq İİV virusundan azaddır.

"Biz transplantasiyadan sonra pasientin səhhətini müşahidə etmək, xərçəngin remissiyada olmasını, onun səhhətinin yaxşı olmasını və bədəndə olan İİV virusunu izləmək üçün 16 ay gözlədik. Virusun yox dərəcəsində olduğunu gördük”, London Universiteti Kolecindən Ravindra Qupta deyir.

Qupta bunu tam müalicə adlandırmır, lakin olduqca vacib olduğunu deyir. Bu oxşar ilik hüceyrəsi transplantasiyasından sonra İİV virusunun əlamətləri olmayan ikinci xəstədir. Birinci xəstə 12 il əvvəl Berlində müalicə olunan amerikalıdır.

" Əgər bu hüceyrələri artıq İİV virusu olan birinizə köçürsəniz, bu yeni hüceyrələri infeksiyadan qoruya bilər", Universiteti Kolecindən Ravindra Qupta deyir.

Ancaq ilik hüceyrələrinin müalicəsi dünyanın hər yerində İİV virusu olan 37 milyon insan üçün praktiki müalicə deyil. Bu bahalıdır və genetik mutasiya ilə uyğun birini tapmaq çətindir. Prosedurun özü ağrılı və risklidir.

"Sümük iliyi transplantasiyası çox mürəkkəb prosesdir. Bu müalicə alan insana tamamilə yeni bir hüceyrə qrupunun daxil edilməsini tələb edir və yenə də bu hüceyrələrin yerləşdirilməsi prosesində infeksiyalara yoluxma və potensial ölüm riski yüksəkdir”, London İmperial Collecindən Sarah Fidler deyir.

Həm London, həm də Berlin xəstəsi xərçəng xəstədi idilər və onların bu riskdən başqa bir seçimləri olmayıb. Lakin bu ikinci uğur nikbinliyin güclənməsinə səbəb olub.

"İndi bizim Berlin pasientinin yeganə hal olmadığına inanmaq üçün əsasımız var. Bu, İİV virusu olan xəstəni qismən və ya tamamilə müalicə edilməsinin mümkünlüyü deməkdir ”, QİÇS araşdırmaları fondundan Rouena Conson deyir.

Alimlər İİV virusunu müalicə etmək üçün digər yolları axtarmağa davam edəcəklər, amma indi onlar bu virusun müalicə edilə biləcəyini və ya, ən azı, bərpa olunduğunu bilirlər.

XS
SM
MD
LG