Accessibility links

İkram Rəhimov: Quru aclığı ölənədək davam etdirəcəm


Həbsdə olan "realliq.info" saytının redaktoru İkram Rəhimov səkkizinci gündür quru aclığı davam etdirir. Onun səhhətində ciddi problemlərin yarandığı bildirilir.

Jurnalist təkrar məhkəmə istintaqı olmadan onun apellyasiya şikayətinə baxılmasına etiraz olaraq avqustun 7-də aclıq elan edib.

Rəhimovun ailəsindən Amerikanın Səsinə bildiriblər ki, İkram Rəhimov avqustun 14-də saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasından ailəsinə zəng vurub.

“Onun səsi çox zəif və xırıltılı idi. Səhhətində ciddi problemlərin olduğunu, təcridxananın tibb-sanitar hissəsinə köçürüldüyünü dedi. Bildirdi ki, mediaya çatdıraq ki, quru aclığı ölənədək davam etdirəcək. Bəlkə də sabaha sağ çıxmadım”, ailə üzvlərindən biri jurnalistə istinadən Amerikanın Səsinə bildirib.

Jurnalsitin ailə üzvləri ombudsmanı, hüquq-müdafiə təşkilatlarını, Qırmızı Xaç Komitəsini İkram Rəhimovun taleyi ilə maraqlanmağa çağırıb.

Penitensiar Xidmət hələ jurnalistin aclıq etməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-da Bakı Apellyasiya Məhkəməsində İkram Rəhimovun işi üzrə ilkin iclas olub. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı və birinci instansiya məhkəməsində şahidlərin və zərəçəkənlərin ifadələri saxtalaşdırıldığına görə onların yenidən dindirilməsi barədə vəsatət qaldırıb.

Həmçinin vəkil xahiş edib ki, həmin səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizası təyin edilsin. Lakin vəsatət təmin edilməyib. Növbəti iclas avqustun 21-nə təyin edilib. İkram Rəhimov etiraz olaraq məhkəmə zalında aclığa başladığını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG