Accessibility links

İkram Rəhimov quru aclıq etdiyini bildirir - Penitensiar Xidmət təkzib edir


İkram Rəhimov
İkram Rəhimov

Jurnalistin Amerikanın Səsinə göndərdiyi səs yazısını təqdim edirik

Realliq.info saytının redaktoru İkram Rəhimov sentyabrın 18-dən həbsdə olduğu 1 saylı Bakı İstintaq Təcridxanasında quru aclığa başladığını bildirir.

Bu barədə jurnalistin ailəsinin Amerikanın Səsinə təqdim etdiyi və Rəhimovun səs yazısı olduğu bildirilən bəyanatda deyilir.

Səs yazısını ixtisarla təqdim edirik.

İkram Rəhimov: Quru aclığı ölənədək davam etdirəcəm
please wait

No media source currently available

0:00 0:04:22 0:00

Redaktor barəsində ədalət bərpa olunmazsa ölənədək aclığı davam etdirəcəyini bildirir.

Realliq.info saytının redaktoru İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, İkram Rəhimov tabeçiliyində olan şəxslərlə birlikdə `Realliq.info` və digər `reket` informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər Dövlət Təhlükəsizliyi Xidmətində araşdırılıb.

Məlumatda deyilir ki, məhkəmə qərarı əsasında aparılan əməliyyat tədbirləri ilə İkram Rəhimovun əlaqəsində olan şəxslərlə birgə göstərilən silsilə cinayət əməlləri müfəssəl qeydə alınıb.

2019-cu il iyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib.

Jurnalist məhkəmədə həbsinin Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla bağlı olduğunu deyib.

“Mən Əli Həsənovla bağlı tənqidi məqalə dərc etdikdən sonra Mətbuat Şurası mənimlə bağlı Dövlət Təhlükəsizliyi Xidmətinə və prokurorluğa müraciət etdi. Bu mətbuat tarixində görünməmiş bir hadisədir. Jurnalıistlərin təsis etdiyi təşkilat jurnalistin həbsini istəyir,” o məhkəmədə qeyd edib.

Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası başlayıb. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib.

Etiraz əlaməti olaraq Rəhimov avqustun 7-də məhkəmə zalında aclığa başladığını bəyan edib. O sentyabrın 4-dək aclığı davam etdirib.

Sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin həbs müddətinin 5,5 ildən 3 ilə endirilməsi barədə qərar qəbul etdib.

İkram Rəjimovun ailəsinin sentyabrın 20-də Amerikanın Səsinə təqdim etdiyi səs yazısında bildirilir ki, 29 gün aclıqdan sonra ona vəd verilib ki, Bakı Aperllyasiya Məhkəməsinin hakimi, prosesə sədrlik edən Rizvan Səfərov işə obyektiv baxacaraq ədalətli qərar çıxaracaq və barəsində olan cinayət işi ləğv olunaraq bəraət hökmü veriləcək.

“Bu vədə baxmayaraq prezidentin köməkçisi Əli Həsənovun sifarişi ilə yenə məhkəmə sifarişli qərar qəbul etdi. Məhkəmə mənim qanusuz həbs müddətimi 3 ilə endirməklə heç bir ədalətə söykənməyən həbsimə hüquqi don geyindirməyə çalışıb. Mən aclıq aksiyamı dayandıranda demişdim ki, ədalətli qərar olmasa daha sərt addım atıb, quru aclığa başlamaqla öz ölüm aksiyamı həyata keçirəcəm. Bu mövqeyimdən çəkinməmişəm və sentyabrın 18-dən quru aclığa başlamışam,” o qeyd edib.

Jurnalist həmçinin Azərbaycanda səfirlikləri olan demokratik dövlətləri, Avropa İttifaqını və digər beynəlxalq təşkilatları hüquqlarının bərpasına kömək etməyə çağırır.

Artıq çoxsaylı beynəlxalq təşkilatlar Azərbaycan hakimiyyətini jurnalistin təqibinə son qoymağa və onu həbsdən dərhal azad etməyə çağırıb.

Penitensiar Xidmətin İctimaiyətlə Əlaqələr Şöbəsi jurnalistin aclıq etməsi ilə bağlı bəyanatını Amerikanın Səsinə təsdiq etməyib.

“İkram Rəhimov hazırda aclıq etmir. O qida da, su da qəbul edir,” İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər.

Öz növbəsində rəsmi Bakı ölkədə media azadlığının tam bərpa edildiyini, insanların baxışlarına görə təqib edilmədiyini bəyan edir. Hökumət rəsmiləri bütün insanların qanun qarşısında bərabər olduğunu, azad mətbuatın dəstəklənməsi üçün daim yardımlar edildiyini bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG