Accessibility links

İlham Şaban: Azərbaycan qazı Türkiyə bazarında liderdir


İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində neft strategiyası və Azərbaycan qazının Avropa bazarındakı perspektivlərindən danışıb.

Amerikanın Səsi: Dünya bazarında neftin qiymətinin düşməsi Azərbaycan iqtisadiyyatına da təsir göstərdi, nəticədə büdcəyə yenidən baxıldı. Yaxın gələcəkdə proqnozlar necədir, qiymətlərin necə dəyişəcəyi dinamikası barədə fikir söyləmək mümkündürmü?

Cari ildə 4.5- 5 milyard civarında neftdən gəlir əldə edə bilərik.

İlham Şaban: Əlbəttə, neftin qiymətinin əsasən aprel ayında kəskin ucuzlaşması və ikinci rüb ərzində nisbətən aşağı qiymətdə olması, o cümlədən, may ayının 1-dən Azərbaycanın OPEC+ çərçivəsində öhdəlik götürməsi, yəni ilk dəfə olaraq administrativ üsulla neft həcimlərinin azaltmasına getməsi ona gətirib çıxartdı ki, Azərbaycada neftdən gələn gəlirlər kifayət qədər azaldı. Mən belə bir statistik rəqəm göstərmək istəyirəm ki, may ayında Azəri-Çıraq-Günəşlidən gələn mənfəət 115 milyon dollara düşmüşdür. Əgər bunu ilin əvvəli ilə müqayisə etsək, bu, 620-650 milyon dollar arasında dəyişirdi. Bax, bu sadəcə Azərbaycanın neft gəlirlərinə necə təsir etməsinin bariz nümunəsi idi. İkinci bir tərəfdən, ümumilikdə 2020-ci il üçün biz proqnozlara baxsaq əlbəttə ki, neftdən gələn gəlirlər təqribən iki dəfə az həcmdə olacaq. Söhbət Azərbaycanın mənfəət neftindən gələn gəlirlərindən gedir. Cari ildə 4.5- 5 milyard civarında neftdən gəlir əldə edə bilərik.

Amerikanın Səsi: Neftin yükəsk qiymətləri dönəmində, tez-tez Azərbaycanın uğurlu neft strategiyasından danışılırdı. Siz necə düşünürsünüz? O dövrdə neft strategiyası nə qədər uğurlu olub? Neft gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə yönəldilməsi səmərə veribmi?

Hökümət əvvəlki illərdə yaşanandan özü üçün bir nəticə çıxarmayıb.

İlham Şaban: Bunu əvvəllər müstəqil ekspertlər qeyd edirdilərsə, indi artıq 2015-ci ildə sonrakı dövrdə hakimiyyətin özü etiraf edir ki, o zamanlar neftin 100 plyus dövründə neft gəlirlərinin xərclənməsi indiki qədər rasional olmayıb. Adicə bir misal çəkirəm, indi eyni həcmdə işin (söhbət infrastuktur layihələrindən gedir) görülməsi və müddəti olə, 2010-2015-ci illər arasında təqribən iki dəfə fərq var. Bax, bu özü, məhz o dövrdə neft gəlirlərinin qeyri-rasional xərclənməsinin bir nümunəsidir. Başqa bir tərəfdən, 2016-cil ildə Azərbaycan höküməti yol xəritələri ilə bağlı qərar qəbul etdi. Amma, bundan öncə, 2009-cu ildə neftin qiyməti kəskin ucuzlaşanda o dövrdə 148 dollardan 39 dollara enəndə yenidən qeyri-neft sektorunun inkişafı ilə bağlı addımlar atılması ilə bağlı qərar qəbul etmişdilər. Biz görürük ki, bu hər dəfə neftin qiyməti ucuzlaşanda (ümumilikdə 1998-ci ildən bu tərəfə 4 dəfə olub) baş verib. Hökümət əvvəlki illərdə yaşanandan özü üçün bir nəticə çıxarmayıb. Sonradan neftin qiyməti artanda bütün bunlar unudulub. Ona görə də bunu bir strategiya halına salmaq, bunu şaxələndirmək qeyri-neft sektorundan kifayət qədər gəlir əldə etmək, bax, bunu günün tələbinə çevirmək, bu hökümətin başlıca yolu olmalıdır.

İlham Şaban: Azərbaycan qazı Türkiyə bazarında liderdir
please wait

No media source currently available

0:00 0:07:25 0:00

Amerikanın Səsi: Bu yaxınlarda Qarabağ blokunda yeni neft yatağı kəşf edilib. Sizcə bu yataqın işə salınmasının səmərəsi nə ola bilər?

Neft həcmlərinin azaldığı bir dövrdə əlavə 1.5 milyon ton neftin daxili bazara gəlməsi azalan həcmlərin stabilləşdirilməsnə kömək edəcək.

İlham Şaban: Bu, yeni neft yatağı deyil. Bu 1998-ci ildə orada artıq neft həcmləri kəşf edilmişdir. Düzdür, 17 milyon idi. İndi onun həcminin 60 milyon tona qədər olduğu qiymətləndirmə quyusu qazılarkən məlum oldu. Bu Azərbaycan üçün çox yaxşı xəbərdir. Neft həcmlərinin azaldığı bir dövrdə əlavə 1.5 milyon ton neftin daxili bazara gəlməsi azalan həcmlərin stabilləşdirilməsnə kömək edəcək. İkinci tərəfdən bir neçə ildən sonra Heydər Əliyev adına neft emalı zavodunun 6 milyon tondan 7.5 milyon tona qədər emal gücü artırılacaq. Ancaq, Azərbaycanın özünün, yəni, Azərbaycan Dövlət Neft Şirkətininin öz balansında olan yataqlardan əldə etdiyi neft həcmləri o qədər olmayacaq. Məhz, Qarabağ yatağı həmən o artan tələbi ödəməyə kifayət edə bilər. Bu isə Azərbaycanın valyuta ehtiyatlarına qənaət etməsinə, daha çox əlavə dəyər əldə etməsinə gətirib çıxara bilər.

Amerikanın Səsi: Rəqabət getdikcə güclənən Avropa qaz bazarında Azərbaycan qazının perspektivlərini necə görürsünüz?

İlham Şaban: Azərbaycan qazı ünvanlanmış bir bazara nəql ediləcək. Yəni söhbət gedir Balkanlardan və Cənubi Avropadan. O bazarlardı ki, orada əsasən Bolqarıstandan,Yunanıstandan söhbət gedir. Onların bazarı şaxələnmiş deyil. Bunlar Azərbaycan qazının qismində öz bazarlarını şaxləndirilmək strageyasını götürüblər. Bu baxımdan bu kimi bazarlarda heç bir problem yoxdur. Əgər, biz İtaliya kimi bazara baxsaq, hansı ki, Azərbaycan qazının 80 faizi ora nəql ediləcək. Düzdür diversifikasiya edilmiş bazardı, ancaq yenə də onlar Rusiya qazından kifayət qədər asılı idi. Bu baxımdan da Azərbaycana öz bazarlarının 10-12 faizini şaxələndirilmiş kimi baxırlar. Yəni, bu baxımdan biz Avropa bazarına ümumilikdə qiymət baxımından o tərzdə baxa bilərik ki, qiymət kifayət qədər yüksək olduqca bizim gəlirlərimiz artacaq. Ancaq Azərbaycan qazı ilə kiminsə rəqabət aparacağı və bunun nəticəsində həmin ölkə bizdən qazı daha az həcmdə alacağı barədə fikirlər ağılabatan deyil. Necə ki Türkiyə bazarında. Bu bazara 7-10 ölkədən həm maye, həm də boru kəməri ilə qaz gəlir. Ancaq görünür ki, mart ayından Azərbaycan qazı o bazarda liderdir.

Şərhlərə bax

XS
SM
MD
LG