Accessibility links

İlham Şaban: Azərbaycan və Türkmənistan neft hasilatı sahəsində əməkdaşlıq edəcək


İlham Şaban

Neft Araşdırmaları Mrəkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində Xəzər dənizindəki Dostluq neft yatağından Türkmənistan və Azərbaycanın birgə istifadəsindən danışıb.

Amerikanın Səsi: Azərbaycanla Türkmənistan arasında mübahisəli Dostluq yatağına dair sazişin imzalanması Bakı üçün hansı iqtisadi və siyasi divedendlər vəd edir?

İlham Şaban: Azərbaycan üçün onun əsas divedendi ondan ibarətdir ki, 1986-ci ildə Azərbaycan neftçiləri tərəfindən açılmış bu yataqdan indiyədək istifadə etmək mümkün deyildi. Bunun da obyektiv səbəbi ondan ibarət idi ki, həqiqətən də Azərbaycan və Türkmənistanın iqtisadi sektorlarının düz tən ortasında yerləşirdi. Bu yataq üzrə əldə edilən razılıq onun ehtiyatlarının dünya bazarına çıxarılaraq kapitala çevrilməsinə imkan yaradacaq ki, bundan da Azərbaycan gəlir əldə edə biləcək.

Bu yataq üzrə əldə edilən razılıq onun ehtiyatlarının dünya bazarına çıxarılaraq kapitala çevrilməsinə imkan yaradacaq ki, bundan da Azərbaycan gəlir əldə edə biləcək.


Amerikanın Səsi: Azərbaycanın layihədə payının cəmi 30 faiz olması nə ilə bağlıdır? Baki niyə güzəştə getdi?

İlham Şaban: Əslində bu güzəşt deyil. Nəzərə alsaq ki, orada o yatağı işlədən bir şirkət də olacaq. Bu Lukoil şirkətidir. Lukoil şirkətinin Türkmənistan tərəfinə müraciət etməsi ona dəlalət edir ki, əgər 30 faiz bizdədirsə, çox güman ki, 30 faiz də Türkmənistanda olacaq. Qalan hissə operator qismində Lukoilda olacaq.

Amerikanın Səsi: Bu saziş ölkələr arasında enerji sahəsində əməkdaşlığın inkişafında daha hansı proyektlərə yol aça bilər?

İlham Şaban: Azərbaycan və Türkmənistan neft hasilatı sahəsində əməkdaşlıq edəcək
please wait

No media source currently available

0:00 0:04:26 0:00


İlham Şaban: Azərbaycanla Türkmənistan arasında daim neft məhsullarının nəqli sahəsində əməkdaşlıq olub. İndi artıq hasilat sahəsində əməkdaşlıq olur. Bundan əlavə Azərbaycan artıq Türkmənistan tərəfinə bəzi neft avadanlıqlarının satışını həyata keçirməyə başlayıb. Ola bilər ki, gələcəkdə Türkmənistanın ərazisində Azərbaycanın özü neft hasilatı məşğul olsun. Yəni prespektivlər bundan ibarətdir.

Amerikanın Səsi: Azərbaycanla Türkmənistan arasında istiləşmə Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə necə təsir edə bilər? Moskva və Tehran bunun qarşısını ala bilərmi, yoxsa Qərb Bakı və Aşqabada lazimi dəstək verəcək?

12 avqust 2018-ci ildə Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyaya görə müəyyən qədər əngəlliklər yarada bilərlər.

İlham Şaban: 1996-cı ildə Transxəzər layihəsi bir layihə olaraq gündəmə gəlib. İyirmi beş ildir ki, o gündəmdən çıxmır. Ancaq reallaşa da bilmir. Reallaşmamasının səbəbi isə əvvəllər bir sıra hüquqi məsələlərin həllini tapmaması idisə, indi ən başlıca məsələ kommersiya maraqlarındadır. Yəni şirkətlər hesab etsələr ki, Transxəzərdən aparacaqları qaz sonuncu nöqtədə istehlakçılara satılacaq, onlara kommersiya baxımından kifayət qədər dividentlər gətirəcək, onda layihə gerçəkləşəcək. Yəni onun Azərbaycana və yaxud Türkmənistana o qədər də real əhəmiyyəti yoxdur. 12 avqust 2018-ci ildə Xəzərin hüququ statusuna dair qəbul edilmiş konvensiyaya görə müəyyən qədər əngəlliklər yarada bilərlər. Çünki transmagistral kəmərlərin çəkilişinə bütün xəzəryanı ölkələrin ekoloji baxımdan rəy verməsi zəruridir.

Dosluq Yatağı sazişi imzalanıb

Yanvarın 21-də Azərbaycan və Türkmənistan hökumətləri arasında Xəzər dənizində Dostluq yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Dostluq yatağı sazişi
Dostluq yatağı sazişi

Rəsmi məlumata görə, Azərbaycan və Türkmənistan prezidentləri İlham Əliyev və Qurbanqulu Berdıməhəmmədovun video-formatda qatıldığı imzalanma mərasimində Memorandumu Aşqabadda səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkmənistanın xarici işlər naziri Rəşid Meredov imzalayıb.

Bu yataq uzun illərdir Bakı və Aşqabad arasında mübahisə predmeti idi.

Azərbaycan yatağın (Azərbaycan yatağı Kəpəz adlandırıb) şərikli işlənməsini təklif etsə də, Türkmənistan "Sərdar" adlandırdığı yatağı özününkü hesab edirdi.

Sovet dövründə yataq şərikli işlənib və dənizdə milli sektorların qovşağında yerləşdiyi bildirilib.

1997-ci ildə Azərbaycan yatağın Rusiyanın Lukoil və Rossneft şirkətlərilə işlənməsinə dair saziş imzalayıb. Lakin Türkmənistanın etirazından sonra sövdələşmə baş tutmayıb.

1998-ci ildə Türkmənistan yatağın işlənməsi üzrə Amerikanın Mobil şirkəti ilə müqavilə bağlamağa cəhd edib. Lakin Bakının xəbərdarlıqlarından sonra amerikalılar geri çəkilib.

Daha sonra Azərbaycan və Türkmənistan dənizin dibinin milli sektorlara bölünməsi ilə bağlı məsələlər razılaşdırılanadək yataqda heç bir iş görməmək barədə razılığa gəlib.

Son illər Bakı və Aşqabad aralarında əlaqələri intensivləşdirərək, Xəzərdə kompromislərə və əməkdaşlığa hazır olduqlarını bildirib. Bu, Türkmənistan qazının birgə işlənməsi və Azərbaycan vasitəsilə Avropaya nəqlinə aiddir.

XS
SM
MD
LG