Accessibility links

İlham Şaban: Dövlətin mənfəətinin artımını ilin beş ayında hələ müşahidə etmirik


Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində dünya bazarında neftin qiymətinin artmasının səbəblərindən və Azərbaycan iqtisadiyyatına təsirlərindən danışıb.

İlham Şaban: Dövlətin mənfəətinin biz hələ ki, ilin 5 ayında artımını müşahidə etmirik
please wait

No media source currently available

0:00 0:04:06 0:00


Amerikanın Səsi: Dünyada neft qiymətləri son zamanlar xeyli yüksəlib. Treyderlər neftin barrelinin hətta 100 dollara artacağını deyirlər. Azərbaycan iqtisadiyyatına bunun təsirləri necə olacaq?

İlham Şaban: İlin əvvəlindən neftin qiymətləri 50%-ə yaxın artıb. Bundan sonra da neftin qiymətlərində bir artımı proqnoz edən fikirlər səsləndirilir. Məhz OPEC+ platforması da ondan ibarətdir ki, neftin dünya bazarlarında qiymətini tənzimləsin. OPEC+ "ədalətli qiymət" deyilən o qiymətin ətrafında ticarət edilməsi üçün əlindən gələni əsirgəməməlidir. Yəni, nə çox yuxarı həddə artmasına rəvac versin, nə də aşağı düşməsinə. Bu baxımdan da ötən həftə neftin qiymətinin 76 dolları ötməsinin şahidi olduqsa, artıq bu həftənin əvvəlində neftin 73 dollaracan, ondan sonra yenidən 75 dollara qədər artmını müşahidə etdik. Ona görə ki, iyulda OPEC-in bazara nə qərar neft çıxaracağı ilə bağlı ziddiyətli fikirlər gəlirdi. Bunun ətrafında da neft gah düşürdü, gah qalxırdı.

Azərbaycan iqtisadiyyatına təsirlər ondan ibarətdir ki, ümumilikdə neftin proqnoz göstəricilərindən, 40 dollardan yuxarı olması müsbət haldır. Yəni istənilən halda hasilatçı şirkətlərin büdcəyə köçürmələri proqnozdan yüksək olacaq. Başqa bir tərəfdən dövlətin mənfəətinin, biz hələ ki, ilin 5 ayında artımını müşahidə etmirik. Nəyə görə? Çünki Dövlət Statistika Komitəsinin məlumatına görə 6 faizə yaxın azalma müşahidə olunub. Bu isə milyon ton deməkdir. Bax, bu azalma, o artım qarşılığında dövlətin mənfəətinə də təsir edib. O, artıma deyil, azalmaya gətirib çıxarıb.

Amerikanın Səsi: Əldə olunan gəlir dövlət büdcəsinə yönəldiləcəkmi, yoxsa tam olaraq neft fondunda cəmləşəcək?

İlham Şaban: Bizdə hərənin öz payı var. Yəni şirkətlər 25% öz mənfəətlərindən yönəldirlər büdcəyə. Dövlətə çatacaq mənfəət isə, yəni dövlətin mənfəəti, bu ən böyük aktivimiz Azəri-Çıraq-Günəşlidir. Orada 75% təşkil eləyir. O toplanır Azərbaycan dövlət Neft Fondunda.

Amerikanın Səsi: Anomal istilərdə qazın qiymətinin kəskin artmasına gətirib çıxarıb. Azərbaycan üçün bu əlavə gəlirlər gətirə bilərmi?

İlham Şaban: Qazın qiymətləri həqiqətən istər qış mövsümündə olsun, istərsə də yay mövsümündə, anomal soyuqdan və anomal istidə klimativ faktorlardan qaynaqlanaraq ümumilikdə 90% ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət artımını müşahidə edirik. Amma, bunun Azərbaycan üçün əlavə dividentlər gətirilməsini hələ müşahidə etmirik. Nəyə görə? Çünki Şahdəniz 2 layihəsinə həddən artıq böyük kapital xərclənib. Və 2018-ci ilin ortasında bu layihə üzrə ilk kommersiya qazının ixracına başlamışıq. Belə deyək, o, sıfır səviyyəsinə çatmalıdır ki, yəni bütün kapital geri qayıtmalıdır ki, onda onu hiss etsin Azərbaycan vətəndaşı və Azərbaycan hökükməti hansı ki, gəlirlər toplancaq Dövlət Neft Fondunda.

XS
SM
MD
LG