Accessibility links

İlham Əliyev: Azərbaycan ilə ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir


Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp
Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, ABŞ prezidenti Donald Tramp və xanımı Melaniya Tramp

Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampı Müstəqillik Günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir ki, Azərbaycan ilə ABŞ-ı dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir. Hər iki dövlət regional çağırışlara və terrorizmə qarşı mübarizədə, təhlükəsizlik məsələlərində, eləcə də iqtisadi sahədə yaxından və səmərəli əməkdaşlıq edir.

“Enerji sahəsindəki əməkdaşlığımız xüsusilə əhəmiyyətlidir. Enerji mənbələrinin və nəqlinin şaxələndirilməsinə xidmət edən neft-qaz layihələrimizin Birləşmiş Ştatlar tərəfindən dəstəklənməsi məmnunluq doğurur. Bu yaxınlarda istismara verdiyimiz Cənub Qaz Dəhlizi isə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfədir.

Bununla yanaşı ölkəmizin qarşılaşdığı ən ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb. Biz Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunacağı, qaçqın və məcburi köçkünlərimizin doğma yurd-yuvalarına qayıdacağı günü səbirsizliklə gözləyirik. Buna görə də münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh yolu ilə və ədalətli həlli üçün ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın və şəxsən sizin, cənab prezident, səylərinizə böyük ümidlər bəsləyirik”, Əliyev qeyd edib.

XS
SM
MD
LG