Accessibility links

İlham Əliyev Donald Trampa başsağlığı verib


İlham Əliyev və Donald Tramp
İlham Əliyev və Donald Tramp

Prezident İlham Əliyev Pitsburqda sinoqoqa hücum zamanı ölənlərlə bağlı ABŞ prezidenti Donald Trampa başsağlığı verib.

Başsağlığında deyilir: "Pittsburq şəhərində sinaqoqa silahlı hücum nəticəsində insan tələfatı barədə xəbər məni olduqca kədərləndirdi. Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Pitsburqda sinaqoqa silahlı hücum nəticəsində 11 nəfər ölüb. Ölənlərin səkkizi kişi, üçü qadındır. Hücumçuya müqavimət göstərib, ona atəş açıb və zərərsizləşdirən polis zabiti də daxil olmaqla 6 nəfər hadisə zamanı yaralanıb.

XS
SM
MD
LG