Accessibility links

İlham Əliyev: Enerji sistemində baş verən qəzanın günahkarları müəyyən edilməlidir


İyulun 4-də prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib.

İyulun 2-də və 3-də Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində enerji sektorunda böhran yaranıb, elektrik enerjisinin verilməsində saatlarla fasilələr olub çoxsaylı insanlar metro tunellərində qatarlarda qalıb, sənaye müəssisələri dayanıb. İqtisadiyyata və insanlara böyük miqdarda ziyan dəyib.

Qəzadan sonra məsələni araşdırmaq üçün Dövlət Komissiyası yaradılıb.

Bu gün keçirilən müşavirədə prezident Əliyev bildirib ki, komissiyanın əsas vəzifəsi məsələni araşdırmaq və qəzanın səbəblərini aşkar etməkdir.

“Eyni zamanda, komissiya günahkarları müəyyən etməli, onlara qarşı görüləcək tədbirlər haqqında təkliflər verməlidir və gələcəkdə belə qəzaların təkrarlanmaması üçün tədbirlər planı hazırlamalıdır”.

Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib ki, iyulun 3-də elektrik stansiyasının 330 kilovoltluq yarımstansiyasında cərəyan transformatorunda qəza nəticəsində orada olan təxminən min kiloqrama qədər yağ ətrafa axıb, yaxınlıqdan keçən elektrotexniki avadanlıqların, eləcə də kabellərin, əsasən də informasiya və avtomatika kabellərinin üzərinə dağılaraq yanğına səbəb olub. Qəza baş verən vaxtda yarımstansiyaya xidmət edən stansiyanın 6-cı blokunda iş dayanıb, lakin ona verilən qaz dayandırılmadığından burada da yanğın baş verib.

Baş nazirin müavini deyib ki, qəza nəticəsində digər müəssisələrlə yanaşı Neft Şirkəti üzrə neft emalı zavodunda bütün qurğular dayanıb.

Prezidentin yanında müşavirə
Prezidentin yanında müşavirə

“İlkin ehtimala görə görüləcək təmir-bərpa işləri təxminən 8-10 gün çəkəcəkdir. Katalitik krekinq qurğusunun təmiri dövründə ölkənin avtomobil benzininə tələbatı zavodda mövcud olan 80 min tona qədər qalıq ehtiyat hesabına təmin ediləcəyi üçün təchizatla əlaqədar hər hansı bir problem gözlənilmir. Hadisə ilə əlaqədar neft və qazçıxarma idarələrində, birgə müəssisələrdə nəzərdə tutulandan təxminən 4,2 min ton neft, 1 milyon 135 min kubmetr qaz az hasil edilib”.

“Azərsu” üzrə - içməli su mənbələri, su emal qurğuları, su və kanalizasiya şəbəkələri sistemlərində qəza vaxtı dayanmalar olub.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev enerji sistemində yaranmış qəza vəziyyəti ilə əlaqədar olaraq üzr istəyib.

Prezident Əliyev Etibar Pirverdiyevin çıxışını kəsib və onun qəzanın istilərlə bağlı versiyasını tənqid edib.

“Bu, qəzanın səbəbi ola bilməz. Bəziləri bunu isti hava ilə bağlayırlar. Bizdən də daha isti ölkələr var. Orada belə qəzalar baş vermir. Baş verəndə də ölkələrin enerji sistemi çökmür”, prezident qeyd edib.

Əliyevin sözlərinə görə, təkcə son 15 il ərzində 2500 meqavat gücündə elektrik stansiyaları yaradılıb.

“Siz, sadəcə olaraq, utanmalısınız, xalq qarşısında, ölkə qarşısında. Bu isti havada insanlara bu qədər əziyyət vermisiniz. Metroda qalanlar, qocalar, uşaqlar, qadınlar, xəstələr, liftlərdə qalanlar. İqtisadiyyata nə qədər böyük ziyan vurmusunuz. Təkcə Neft Şirkətinin indi burada deyilən ziyanını hesablasaq ölkəyə nə qədər böyük iqtisadi ziyan dəyib”, dövlət başçısı bildirib.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun gəldiyi qənaətə görə, əvvəllər göstərilən iradların heç birinə riayət olunmayıb.

“Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Əgər orada soyutma kanalı ilə, - düzdür indi deyirlər ki, bu çoxdanın problemidir, - Mingəçevir gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olub, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir”.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynovun sözlərinə görə, iyulun 2-də qəza nəticəsində hərəkətdə olan 18 sərnişin qatarı dayanıb - 9-u stansiyalarda, 9-u tunellərdə. Ayın 3-də isə saat 18:47-də təkrarən elektrik enerjisi itəndə analoji fəsadlar yarandı və bu dəfə pik saata təsadüf etdiyinə görə 30 minə yaxın sərnişin təxliyə olundu”.

Baş prokuror Zakir Qralov qəzanın səbəbindən danışarkən deyib ki, ilkin məlumata görə, həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün normativ tələblərə əsasən suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, ümumi soyutma sisteminin layihəyə uyğun yerinə yetirilməməsi nəticəsində 28,5 dərəcədə olub. Vaxtilə 1994-cü ildə müvafiq layihə işlənilib, Mingəçevir su anbarının altından kanalın çəkilməsi nəzərdə tutulub. Həmin məsələ icra olunmayıb. Belə bir halda gərginlik azalmaqla cərəyan artıb”.

Prokuror bildirib ki, qəza baş vermiş cərəyan transformatorlarının istismar müddətini başa vurmasına baxmayaraq, müntəzəm olaraq texniki istismar qaydaları, uyğun təmir-bərpa işləri aparılmayıb. 2012-ci il sentyabrın 28-də ildırım vurması nəticəsində zədələnmiş hava açarı müasir eleqaz tipli açarla əvəz olunsa da, onun mühafizə dövriyyəsindəki cərəyan transformatoru yenisi ilə əvəz olunmayıb və təmir işləri aparılmayıb”.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG