Accessibility links

İlham Əliyev: “Ermənistanla danışıqların formatı dəyişdirilə bilməz”


“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla danışıqların formatı dəyişdirilə bilməz.”

Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı "Dünyanın yeni xarici siyasəti" mövzusunda VII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən bildirib.

O qeyd edib ki, beynəlxalq təşkilatların nümayəndələri bununla bağlı müvafiq bəyanatlar veriblər.

"Danışıqlar formatının dəyişdirilməsinin qeyri-mümkünlüyü barədə bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri, buna qədər isə Avropa İttifaqının yüksək vəzifəli nümayəndələri bəyanat veriblər", deyə o bildirib.

Azərbaycan prezidenti qeyd edib ki, Ermənistan nümayəndələri danışıqların formatını dəyişdirməyə çalışırlar ki, bu da danışıqların bloklanması cəhdidir.

dağlıq Qarabağ
dağlıq Qarabağ

"Danışıqlar danışıq aparmaq naminə olmamalıdır və Azərbaycanın işğal edilmiş ərazilərinin azad edilməsinə gətirib çıxarmalıdır. Öz müqəddəratını təyin etmə prinsipi dövlətin ərazi bütövlüyünü pozulmaqla həyata keçirilməməlidir"- deyə, prezident bildirib.

Dövlət başçısı bir daha bildirib ki, status-kvo qəbuledilməzdir və onun dəyişdirilməsi üçün Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən öz qoşunlarını çıxarmalıdır.

Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağdakı hazırki rejimin danışıqlarda tərəf kimi iştirakı haqqında Brüsselə səfəri zamanı səsləndirdiyi təklif Avropa İttifaqı nümayəndələri tərəfindən mənfi qarşılanıb. Aİ-nin xarici siyasət və təhlükəsizlik üzrə Ali nümayəndəsi Federika Mogerini Paşinyanla görüşdə bildirib ki, danışıqlar ilkin şərt qoyulmadan aparılmalıdır, Avropada qonşuluq və genişləndirmə siyasəti üzrə Avropa Komissarı Yohanes Han isə bildirib ki, buna ehtiyac yoxdur.

ATƏT-in Minsk Qrupunun həmsədrləri martın 1-də bəyanat yayaraq, danışıqlar formatının dəyişdirilməsinin qəbuledilməz olduğunu qeyd edib.

XS
SM
MD
LG