Meşə təsərrüfatında meyvələrin və bitkilərin yığılmasına tətbiq edilən ödənişlərə dəyişikliklər ləğv olunub.
Məlumatda bildirilir ki, prezident İlham Əliyev yerlərdən daxil olan müraciətləri nəzərə alaraq, Nazirlər Kabinetinə "Meşə təsərrüfatına dəymiş ziyana görə maddi məsuliyyətə cəlb edilmə qaydaları haqqında" qərara dəyişikliklərin ləğv olunması barədə göstəriş verib.
Meşə təsərrüfatında meyvələri qanuni əsas olmadan əldə edən şəxs həmin məhsulu geri qaytarmalıdır. Bu mümkün olmadıqda, dəymiş zərərin məbləği həmin tarixdə dövlətin tənzimlədiyi qiymətlərlə ödənməlidir. Dövlətin tənzimləmədiyi hallarda isə sərbəst satış qiymətlərinə uyğun hesablanaraq meyvənin dəyəri verilməlidir.
Nazirlər Kabinetinin qərara etdiyi dəyişikliklər meyvələrin və bitkilərin icazə olmadan əldə edilməsinə görə ödənişlərin 3 dəfəyə yaxın artırılmasını nəzərdə tuturdu.