Accessibility links

İlham Əliyev: Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər


“Azərbaycanda heç kim səkkiz saatdan çox işləməməlidir. Çünki insanları istismar edirlər. Onlar da çarəsiz qalıb, məcbur olub buna razılıq verirlər. Ona görə vətəndaşlarla nazirlik arasında çox fəal canlı bağlantı olmalıdır. Siz həm öz imkanlarınızdan istifadə edərək monitorinqlər aparmalısınız, eyni zamanda, Qaynar xətlər, yaxud da digər əlaqə vasitələrilə vətəndaşlarla daim təmasda olmalısınız.”

Bu barədə prezident İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edərkən bildirib.

Nazir isə deyib ki, təkcə bir il ərzində özəl sektorda əmək müqavilələrinin sayı 100 min artıb. Həmçinin dövlət sektorunda əlavə olaraq 53 min artım olub.

“Bu çox ciddi tədbirlər nəticəsində əməkhaqqı fondu birbaşa 42 faiz artdı. Bu, əməkhaqqı fondunda 42 faiz leqallaşma deməkdir. Statistikaya əsasən yanvarın 1-i ilə bu gün arasında əmək müqavilələrinin sayında 19 min 400 artım var,” Babayev qeyd edib.

Prezident işsiz əhali üçün dövlətin yaratdığı şəraitdən bəzi vəzifəli şəxslərin sui-istifadə etdiyini bildirib.

“Bəzi hallarda bu pullar mənimsənilir. Yaxud da Neftçala rayonundakı cinayətkarlıq hadisəsi barədə mənə məlumat verildi ki, ödənişli işlə təmin edilən 73 nəfəri öz təsərrüfatlarında qul kimi, nökər kimi işlədirdi. Bu nədir? Ağadır, bəydir, xandır? İndi bütün ölkə ona nifrət edir, onun və onun kimilərin biabırçı hərəkətlərinə görə. Hamı bilsin ki, məsələ bununla bitməyəcək. Birinci hadisə oldu eşitmədilər, ikinci hadisə oldu eşitmədilər. Neçəsi həbs olunmalıdır ki, bunlar öz çirkin əməllərindən əl çəksinlər. Bu proses davam etdiriləcək və hamı üçün də dərs olmalıdır. Ona görə bu biabırçı hallarla bağlı daha ciddi addımlar atılacaq,” prezident qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG