Accessibility links

İlhan Ömər Amerikaya sədaqətinin sual edilməsini "ikrah"la qarşılayır


İlhan Ömər Amerikaya sədaqətinin sual edilməsini "ikrah"la qarşılayır
please wait

No media source currently available

0:00 0:02:49 0:00

ABŞ-ın Minnesota ştatından Konqresin qadın nümayəndəsi İlhan Ömər prezident Trampın kəskin tənqidlərinin hədəfinə çevrildikdən sonra tərəfdarlarını irqçilik və saxta ittihamlara qarşı çıxmağa çağırıb. O eyni zamanda, əsas diqqətin 2020-ci ildə prezident seçkilərində Donald Trampın məğlub edilməsi məsələsinə yönəldilməli olduğunu bildirib. İlhan Ömər bu həftə müsəlman amerikalı demokrat fəalların toplantısında danışıb. O bu açıqlamaları prezident Trampın onun özü və daha üç demokrat qadın qanunvericini ABŞ-ı tənqid etdiklərinə görə qeyri-vətənpərvəlikdə ittiham etməyə davam etdiyi zaman verib.

Vaşinqtonda çərşənbə günü müsəlman demokrat fəallar qarşısında çıxış edən İlhan Ömər Amerikada müsəlmanların hüquqlarının müdafiəsi uğrunda mübarizəyə çağırıb.

“Əgər biz buna qarşı çıxış etməsək və insanlara təkan verməsək, daha bir, ya da ikinci nəsildə də ilişib qalacağıq.” - deyə, İlhan Ömər bildirib.

Minnesotadan demokrat qanunverici və onunla bərabət Konqresin daha üç digər qadın üzvü olan Rəşidə Tleyb, Aleksandriya Okazio Kortes və Ayanna Presli prezident Tramp tərəfindən onun qeyri-vətənpərvər adlandırdığı şərhlərə görə kəskin tənqidlərə məruz qalıblar.

Tramp həmçinin onların gəldikləri ölkələrə geri qayıtmalı olduğu haqda tvit paylaşıb.

Somali qaçqını kimi ABŞ-a gələn Ömər bu qrupda Amerikada anadan olmayan yeganə şəxsdir. O, Trampın ən kəskin qınaqları ilə üzləşib.

Bu yaxınlarda keçirilən tədbirlərdə prezident İlhan Ömərin hadisələrdə əli olan müsəlman terrorçular haqda “bəzi şəxslər nəsə törədiblər”deməsindən sonra onu ABŞ-ı 2001-ci il 11 sentyabr hücumlarına görə günahlandırmaqda ittiham edib. Trampın tərəfdarları bundan sonra “onu geri göndər” şüarı səsləndiriblər.

İlhan Ömərin fevral ayında zəngin yəhudi amerikalıların ABŞ-ın İsraillə bağlı siyasətinə həddindən artıq nüfuz etdiyi haqda tvit yazması da mübahisələr yaratmışdı. O bundan sonra demokratlar və respublikaçıların töhmətinin ardınca üzr istəmişdi.

Prezident Tramp bu həftə Pakistanın baş nazirini Ağ Evdə qəbul edərkən də dörd qadın qanunvericini tənqid etməyə davam edib.

“Fikrimcə, onlar bizim ölkəmiz üçün çox pisdirlər. Onlar yəqin bizim ölkəmizə nifrət edirlər.” - deyə, o bildirib.

Trampın hücumlarından sonra İlhan Ömər Minnesotada alqışlarla qarşılanıb.

Onun tərəfdarları arasında İraqda həyatını itirmiş pakistanlı amerikalı qəhrəmanın atası Xızr Xan da olub. O, 2016-cı ildə Demokrat partiyasının qurultayında Trampın anti-müsəlman ritorikasını tənqid edib.

“Dünya və bu millət sizə baxır ki, rəhbərlik edəsiniz. Siz seçilmisiniz. Zaman sizi seçib.” - deyə, o bildirib.

İlhan Ömər deyir ki, müsəlman olduğuna görə çoxlarının onun islamçı ekstremistlər və terrorçuları dəstəklədiyini düşünməsi onda ikrah hissi yaradır.

“Müsəlman qanunvericilər kimi bizdən davamlı şəkildə vaxtımızı itirərək elə məsələlər haqda danışnmağımızı istəyirlər ki, başqalarından bunu istəmirlər.”

Təhlilçilərin bildirdiyinə görə, prezidentin qadın qanunvericilər haqda tənqidlərinin böyük hissəsi yanlış və aldadıcı mahiyyət daşıyır və 2020-ci ildə onun ağ tərəfdarlarını fəallaşdırmaq məqsədi daşıyır.

XS
SM
MD
LG