Accessibility links

İlhan Ömər Demokratların praymerisində qalib gəlib


Demokrat konqresmen İlhan Ömər çərşənbə axşamı keçirilən praymeridə yaxşı maliyyələşdirilən bir rəqibini məğlub edib.

Minnesota ştatının beşinci seçki dairəsindəki səsvermədə seçicilər 58 faiz səs alan Ömərə dəstək verib. Onun rəqibi Antoni Melton-Moya 39 faiz səs toplayıb.

Sabir liberal bir bölgəni təmsil edən Ömər çox güman ki, noyabrda keçiriləcək ümumilli seçkilərdə Konqresə daha bir müddət seçiləcək.

Minnesotada keçirilən daha bir praymeridə isə Respublikaçı Mişel Fişbaç partiyasının qalib gəlib və o, hazırda Konqresdəki Demokrat Kollin Petersonla qarşılaşacaq. Bu dairənin seçiciləri 2016-cı ildə 30 balla prezident Donald Trampı dəstəkləmişdi. Lakin Peterson Konqresdəki ən mühafizəkar Demokratlardan biridir və dairəni təmsil etmək üçün ilk dəfə 1990-cı ildə seçilib.

Respublikaçıların cənubda Corciya ştatının 14-cü seçki dairəsindəki praymerisində seçicilər silah hüququ müdafiəçisi və sağçı QAnon qrupunun tərəfdarı Marcori Teylor Qrinə üstünlük verib. O, 57 faiz səslə bir neçə nüfuzlu Respublikaçının dəstək verdiyi 43 faiz səs toplamış Con Koveni məğlub edib.

Respublikaçıların Viskonsin ştatındakı 3-cü dairədəki yarışında isə Hərbi Dəniz Donanmasının keçmiş dəniz piyadası Derik Van Orden ictimai əlaqələr üzrə mütəxəssis Cessi Ebbeni məğlub edib.

Noyabrın 3-də keçiriləcək ümummilli seçkilərdə prezidentlə yanaşı, Konqresin Nümayəndələr Palatasında bütün 435 yerə, Senatda isə 100 yerdən 35-nə nümayəndələr seçiləcək. Hazırda Demokratlar Nümayəndələr Palatasında, Respublikaçılar isə Senatda çoxluq təşkil edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynanın hökumət vebsaytları kiberhücuma məruz qalıb
please wait

No media source currently available

0:00 0:11:00 0:00
XS
SM
MD
LG